Məhkəmə qərarları › İş №2(030)-560/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-560/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-560/2023 11.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı “X3mayan Kredit Təşkilatı” X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə üzrə 135.88 manat qalıq borc, 88.32 manat cərimə borcu olmaqla, cəmi 224.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “X3mayan Kredit Təşkilatı” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 37 manat, sonuncu ay üçün isə 39.88 manat ödəmək şərti ilə 466.88 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhviltəslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli OPLK0874 saylı müqavilə üzrə 135.88 manat qalıq borcu, 88.32 manat cərimə borcu olmaqla, cəmi 224.20 manat borcu yaranmışdır. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu il tarixli OPLK0874 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. İşə əlavə edilmiş 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən “satıcı” “alıcı”ya siyahısı Təvil-təslim aktında göstərilən mal(lar)ı satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini “satıcı”ya ödəməlidir. İşə əlavə edilmiş 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh 12 ay 37 manat, sonuncu ay isə 39.88 manat ödəməklə müddətinə alqı-satqı qiyməti 466.88 manat olan “Samsung A20” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 08 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung Galaxy A20 Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 iyul 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh, 08 oktyabr 2019-cu il tarixli OPLK0874 “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən qalıq borc məbləği 135.88 manat, hesablanmış cərimə məbləği 441.60 manat, hesablanmış cərimə məbləğinin 20%-i 88.32 manat olmaqla, qalıq borcun və cərimənin 20%-nin cəmi 224.20 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 01 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 466.88 manata satın almışdır. Cavabdehin MMC-yə 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə 135.88 manat məbləğində qalıq borcu və 88.32 manat cərimə borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 224.20 manat pul vəsaiti alınaraq iddiaçı “X3mayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 08 oktyabr 2019-cu il tarixli OPLK0874 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən 224.20 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “X3mayan Kredit Təşkilatı” X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar