Məhkəmə qərarları › İş №2(030)-562/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-562/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-562/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Allahverdi oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC ) Cavabdeh qarşı qeyri-yaşayış binasının və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxananın və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh məxsus olmuş Daşkəsən rayonu Xoşbulaq kəndində olan 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxana kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. "xxxx" ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus olmuş Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxananı satın almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 04 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh qeyd edilən yeməkxananı boşaldıb təhvil verməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 may 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli, MN Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində mülkiyyətdə olan 0,50 ha torpaq sahəsində yerləşən 2 girişli, 99,7 kv.metr ümumi, 81,7 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)-11/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 23 iyul 2013-cü il tarixli 123m- 2/13 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dolları, 21 aprel 2014-cü il tarixli 021m-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 10814,47 ABŞ dolları, faiz borcu üzrə 1213,17 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 12032,64 ABŞ dolları, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 2606,71 ABŞ dolları, faiz borcu üzrə 307,46 ABŞ dolları, cəmi 2914,17 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış binasına (yeməkxana) yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, ilkin satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış (yeməkxana) binasının satışından əldə olunmuş pul vəsait hesabına Cavabdeh banka olan 23 iyul 2013-cü il tarixli 123m-2/13 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 34414,64 ABŞ dolları, 21 aprel 2014-cü il tarixli 021m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə 46447,1 ABŞ dolları, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 49361,27 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədfə təmin edilməməsi, iş üzrə məhkəmə 06 iyul 2017-ci il tarixli 28834 saylı ekspertiza xərci 100 manat, 28 iyul 2017-ci il tarixli 22174 saylı rəyi üzrə ekspertiza xərci 100 manat və 06 dekabr 2017-ci il tarixli 29930 saylı rəy üzrə ekspertiza xərci 100 manat, cəmi 300 manat X2 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, büdcə təsnifatının kodu 142319, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3-ə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(104)- 393/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)-11/2018 saylı qətnaməsi cavabdeh X2 23 iyul 2013-cü il tarixli 123m-2/13 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dolları, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulıması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə ona münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 07 fevral 2019-cu il tarixli 494 saylı rəyinin alınması üçün keçirilmiş ekspertizanın dəyəri cəmi 122 manat məbləğində pulun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, NABZ********************, SWİFT BİK CTREAZ 22, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli 2(102)-6549/2019 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh və X3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019cu il tarixli 2(104)-393/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə əlavə edilmiş 26 fevral 2021-ci il tarixli hərrac təşkilatının İpoteka saxlayan İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 15/01-3 nömrəli Protokolun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-393/19 saylı 15 mart 2019-cu il tarixli icra vərəqəsinə və Daşkəsən rayon İcra və probasiya şöbəsinin 2941/2020 saylı 21 sentyabr 2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən Cavabdeh məxsus, Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (yeməkxana) ilkin hərrac qiyməti 62000 manat, təkrar hərrac qiyməti 52700 manat, ipoteka predmetinin (qeyri-yaşayış binası) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 39,525 manata "xxxx" ASC satılmışdır. İşə əlavə edilmiş 26 fevral 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, bu müqavilə Azıərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri qaydasında Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-393/19 saylı 15 mart 2019-cu il tarixli icra vərəqəsinin və Daşkəsən rayon İcra və probasiya şöbəsinin 2941/2020 saylı 21 sentyabr 2020-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. "xxxx" MMC-nin direktoru G.N.Mustafayeva və "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 arasında Cavabdeh məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (yeməkxana) 39252 manat məbləğinə "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxana tam mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 26 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktik hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kkredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi Cavabdeh ilə “İpoteka müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış binası (yeməkxana) banka ipoteka qoyulmuşdur. Cavabdeh 23 iyul 2013-cü il tarixli 123m-2/13 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dolları, 21 aprel 2014-cü il tarixli 021m-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 10814,47 ABŞ dolları, faiz borcu üzrə 1213,17 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 12032,64 ABŞ dolları, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 2606,71 ABŞ dolları, faiz borcu üzrə 307,46 ABŞ dolları, cəmi 2914,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımınca icra etmədiyindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmeti olan qeyri-yaşayış binasına (yeməkxana) yönəldilmiş, ipoteka predmeti olan qeyri-yaşayış binası (yeməkxana) satılması üçün açıq hərraca çıxarılmış, lakin satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin qeyri-yaşayış binasına (yeməkxana) borcun əvəzinə almaqla, qeyri-yaşayış binasına (yeməkxana) dair mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan cavabdehin mübahisəli qeyri-yaşayış binası (yeməkxana) üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüququnu itirilməsinə baxmayaraq o, halhazıra kimi həmin qeyri-yaşayış binasından (yeməkxana) istifadə edir. Ona görə də, iddiaçı bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İş üzrə göründüyü kimi, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə borc İpoteka predmetinə yönəldilmiş, İpoteka predmeti satılmışdır. Hal-hazırda İpoteka predmetinin mülkiyyətçisi "xxxx" ASC -dir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı bank mübahisəli qeyriyaşayış (yenəkxana) binasının mülkiyyətçisidir. Cavabdehin mübahisəli qeyri-yaşayış (yeməkxana) binası üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyan ipoteka müqaviləsi bağlanarkən həmin qeyri-yaşayış (yeməkxana) binasını tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş və ona görə də tutma ipoteka ilə yüklü edilmiş qeyriyaşayış binasına (yeməkxana) yönəldilmiş, iddiaçı bank qeyri-yaşayış (yeməkxana) binasını açıq hərracdan almış və mübahisəli qeyri-yaşayış (yeməkxana) binası tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Odur ki, qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxanadan Cavabdeh çıxarılmaqla boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə görə, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-244cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxanadan Cavabdeh çıxarılmaqla boşaldılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar