Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-571/2023 29.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A51” markalı mobil telefon üçün 270 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 300 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 08 sentyabr 2023-cü il tarixdə “ünvan düzgün deyil” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 57 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A51” markalı mobil telefonu 829 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 583 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqavilə” üzrə 246 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy A51” markalı mobil telefonu satın almış, 12 iyul 2020-ci tarixli 21018057 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********35636 olan “Samsung Galaxy A51 DS (SM-A515) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 iyul 2020-ci tarixli 21018057 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A51” markalı mobil telefon üçün 246 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 05 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 iyul 2020-ci il tarixli 21018057 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A51” markalı mobil telefonu 829 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 583 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 12 iyul 2020-ci tarixli 21018057 nömrəli üzrə hesablanmış 24 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 iyul 2020-ci il tarixli 21018057 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A51” markalı mobil telefon üçün 247 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyul 2020-ci il tarixli 21018057 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A51” markalı mobil telefon üçün 247 manat borcu və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-571/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-571/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver