Məhkəmə qərarları › İş №2(030)-579/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-579/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-579/2023 11.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 noyabr 2022-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 300 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 330 manat məbləğin alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 08 sentyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 03 noyabr 2022-ci tarixli alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından dəyəri 300 manat məbləğində olan məişət avadanlığını 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu tarixə kimi aylıq ödənişlərinə dair heç bir məbləğ ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsədə cavabdeh müxtəlif bəhanlər ilə onu yubadmışdır. Cavabdehlə aramızda bağladığımız müqaviləyə əsasən 3 ay müddətinə aylıq ödənişlərinə riayət etməsə satıcının müqaviləni bir tərəfli olaraq pozub alıcını məhkəməyə vermək hüququ vardır. Ona görədə cavabdehdən müqavilə üzrə qalıq borc olan 300 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə əlavə edilmiş 03 noyabr 2022-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh dəyəri 300 manat olan iran sobasını 12 ay müddətinə aylıq 25 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. İşə əlavə edilmiş 05 may 2023-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 300 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 18 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 03 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlığını 300 manata satın almışdır. Cavabdeh heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 03 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 300 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 300 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar