Məhkəmə qərarları › İş №2(030)-580/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-580/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-580/2023 11.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X4 (bundan sonra "xxxx" MMC) cavabdeh X3 qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A31” markalı mobil telefon və 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizor üçün 652 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 23 aprel 2021ci il tarixli 23014797 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 49.70 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A31” markalı mobil telefonu 596.40 manata satın almışdır. 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 80.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı televizoru 1449 manata satın almışdır. Cavabdehin MMC-yə 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqavilə” üzrə 446.40 manat ödənilməmiş hissə, 44.60 manat cərimə borcu və 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqavilə” üzrə 147 manat ödənilməmiş hissə və 14 manat cərimə borcu olmaqla, ümumilikdə 652 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 49.70 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 596.40 manat olan 1 ədəd “SAMSUNG GALAXY A31” markalı mobil telefonu satın almış və 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A31DS (SM-A315) 64GB” markalı mobil telefon X3 təhvil verilmiş, İmamquliyev Əli tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X5 arasında 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 80.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1449 manat olan 1 ədəd "xxxx" markalı televizoru satın almış və 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG LED UE43TU8000UXRU” markalı televizor X3 təhvil verilmiş, Bağırov Rizvan tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A31” markalı mobil telefon üçün 446.40 manat ödənilməmiş hissə və 44.60 manat cərimə borcu, 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizor üçün 147 manat ödənilməmiş hissə və 14 manat cərimə borcu olmaqla, ümumilikdə isə 652 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 07 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X5 arasında 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A31” markalı mobil telefonu 596.40 manata və 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı televizoru 1449 manata satın almışdır. Cavabdehin MMC-yə 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli “Müqavilə” üzrə 446.40 manat ödənilməmiş hissə və 44.60 manat cərimə borcu, 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli “Müqavilə” üzrə 147 manat ödənilməmiş hissə və 14 manat cərimə borcu olmaqla, ümumilikdə 652 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1228.30 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli müqavilə üzrə hesablanmış 44.60 manat məbləğində cərimə azaldılaraq 0.60 manat, 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli müqavilə üzrə hesablanmış 14 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli müqavilə üzrə 447 manat və 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli müqavilə üzrə 148 manat, ümumilikdə 595 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 23 aprel 2021-ci il tarixli 23014797 nömrəli müqavilə üzrə 447 manat, 24 aprel 2021-ci il tarixli 23017143 nömrəli müqavilə üzrə 148 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar