Məhkəmə qərarları › İş №2(030)-581/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-581/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-581/2023 04.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqaviləyə” əsasən paket “L” və “Samsung Galaxy A12” markalı mobil telefon üçün 519 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 549 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 11 sentyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.26 manat ödəməklə 18 ay müddətinə paket “L” və “Samsung Galaxy A12” markalı mobil telefonu 697.48 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 226.10 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqavilə” üzrə 471.38 manat ödənilməmiş hissə və 47.62 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqavilə”yə əsasən paket “L” və “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış, 15 mart 2022-ci tarixli 03541098 nömrəli müqaviləyə əsasən paket “L” və 1 ədəd İmei Kodu **********36844 olan “Samsung Galaxy A12 (SM-A127) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 mart 2022-ci tarixli 03541098 nömrəli “Müqaviləyə” əsasən paket “L” və “Samsung Galaxy A12” markalı mobil telefon üçün 471.38 manat ödənilməmiş hissə və 47.62 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 mart 2022-ci il tarixli 03541098 nömrəli müqaviləyə əsasən paket “L” və “Samsung Galaxy A12” markalı mobil telefonu 697.48 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 226.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 15 mart 2022-ci tarixli 03541098 nömrəli üzrə hesablanmış 47.62 manat məbləğində cərimə azaldılaraq 0.62 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 mart 2022-ci il tarixli 03541098 nömrəli müqaviləyə əsasən paket “L”, “Samsung Galaxy A12” markalı mobil telefon üçün 472 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 mart 2022-ci il tarixli 03541098 nömrəli müqaviləyə əsasən paket “L”, “Samsung Galaxy A12” markalı mobil telefon üçün 472 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar