Məhkəmə qərarları › İş №2(030)-585/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-585/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-585/2024 26.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «UniBank” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7378,28 manat əsas və 818,93 manat faiz borcu olmaqla, cəmi 8197,21 manat məbləğində kredit borcunun, 0,40 manat xidmət haqqı və ödənilmiş 101,98 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «UniBank” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı «UniBank” KB ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı «UniBank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 115nkGNDJ/23 nömrəli kredit müqaviləsi üzrə illik 25 faiz olmaqla 13 avqust 2027-ci il tarixədək 7622 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin 21 avqust 2024-cü il tarixə "xxxx" KB ASC-yə 7378,28 manat əsas və 818,93 manat faiz borcu olmaqla, cəmi 8197,21 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahat verib göstərmişdir ki, "xxxx" KB ASC-dən 14 avqust 2023-cü il tarixli 115nkGNDJ/23 nömrəli kredit müqaviləsi üzrə illik 25 faiz olmaqla 13 avqust 2027-ci il tarixədək 7622 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 14 avqust 2023-cü il tarixli 115nkGNDJ/23 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Unibank» KB ASC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2023-cü il tarixli 115nkGNDJ/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25% ödəmək şərti ilə 13 avqust 2027-ci il tarixədək 7622 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 21 avqust 2024-cü il tarixli Bank/PİKMD/1217038 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 115nkGNDJ/23 nömrəli kredit müqaviləsi üzrə 01 aprel 2024-cü il tarixə 7378,28 manat əsas və 818,93 manat faiz borcu olmaqla, cəmi 8197,21 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 21 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 0,40 manat xidmət haqqı və 101,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7378,28 manat əsas və 818,93 manat faiz borcu olmaqla, cəmi 8197,21 manat məbləğində kredit borcu alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 101,98 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tuutlub iddiaçıya ödəniılməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7378,28 manat əsas və 818,93 manat faiz borcu, 0,40 manat xidmət haqqı və 101,98 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8299,59 (səkkiz min iki yüz doxsan doqquz manat əlli doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar