Məhkəmə qərarları › İş №2(030)-590/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-590/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-590/2023 04.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 20 iyun 2016-cı l tarixli 8437sXRD/19 nömrəli kredit müqaviləsi üzrə 1213.62 manat əsas, 252.92 manat faiz borcu olmaqla, cəmi 1466.54 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 34.68 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 06 sentyabr 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2016-cı il tarixli 8437sXRD/19 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1213.62 manat əsas, 252.92 manat faiz borcu olmaqla, cəmi 1466.54 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 20 iyun 2016-cı il tarixli 8437sXRD/19 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 60 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmiş, cavabdehə bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İşə əlavə edilmiş 04 avqust 2023-cü il tarixli BANK/PİKMD/1121467 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 04 avqust 2023-cü il tarixə 1213.62 manat əsas, 252.92 manat faiz borcu olmaqla, cəmi 1466.54 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 04 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 34.68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2016-cı il tarixli 8437sXRD/19 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1213.62 manat əsas, 252.92 manat faiz borcu olmaqla, cəmi 1466.54 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2016-cı il tarixli 8437sXRD/19 nömrəli kredit müqaviləsi üzrə 1466.54 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.68 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2016-cı il tarixli 8437sXRD/19 nömrəli kredit müqaviləsi üzrə 1466.54 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 34.68 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar