Məhkəmə qərarları › İş №2(030)-595/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-595/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-595/2023 03.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 09 dekabr 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 220 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2003-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 31 may 2006-cı ildə Samux rayon VVADQ şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan 24 iyun 2005-ci ildə İlham və 09 dekabr 2007-ci ildə İlkin adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(030)-494/2012 qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh 24 iyun 2005-ci ildə anadan olmuş X4 və 09 dekabr 2007-ci ildə anadan olmuş X1 üçün hər uşağa 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. 24 iyun 2005-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatmışdır. Hazırda 40 manat məbləğində alimentlə uşağın maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir köməklik göstərmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 09 dekabr 2007-ci ildə Daşkəsən rayonu Bayan kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 yanvar 2009-cu il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(030)-494/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Samux rayon VVADQ (indiki Qeydiyyat) şöbəsində124 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydinin aparılması Daşkəsən rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı nikahdan əvvəlki “Bayramova” soyadını bərpa etmək hüququna malik olması, boşanmadan sonra tərəflərin ümumi uşağı – xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2007-ci ildə anadan olmuş X2 iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızının himayəsində qalması müəyyən edilmiş, xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2007-ci ildə anadan olmuş X1 üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 40 (qırx) manat olmaqla 2 uşağa görə cəmi 80 (səksən) manat məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızına ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə şəhər 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 avqust 2023-cü il tarixli MŞG/1/MT007/2023- 02676İMS nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin məbləğinin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 21 avqust 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 18 iyul 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2003-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 31 may 2006-cı ildə Samux rayon VVADQ şöbəsində qeydə aldırmışlar. Birgə nikahdan 24 iyun 2005-ci ildə X4 və 09 dekabr 2007-ci ildə X5 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(030)-494/2012 qətnaməsi ilə iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Samux rayon VVADQ (indiki Qeydiyyat) şöbəsində124 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulmuş, 24 iyun 2005-ci ildə anadan olmuş X4 və 09 dekabr 2007-ci ildə anadan olmuş X2 iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızının himayəsində qalması müəyyən edilmiş, 24 iyun 2005-ci ildə anadan olmuş X4 və 09 dekabr 2007-ci ildə anadan olmuş X1 üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 40 (qırx) manat olmaqla 2 uşağa görə cəmi 80 (səksən) manat məbləğində aliment tutularaq iddiaçı Əliyeva (Bayramova) Esmira Akif qızına ödənilməsi qət edilmişdir. 24 iyun 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Hazırda iddiaı İddiaçı 09 dekabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanıılması üçün alimentin miqdarının artırılaraq 200 manat məbləğində təyin olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2021-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün 220 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 09 dekabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 170 manat məbləğində aliment tutulub iddiaçı X6 ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 21 avqust 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X7 mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(030)-494/2012 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 09 dekabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutulub iddiaçı X6 ödənilsin. İddiaçı X3 ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınıb iddiaçı X6 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar