Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-604/2023 02.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefon və 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 626 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 39 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu 802 manata satın almışdır. 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 12.75 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 153 manata satın almışdır. Cavabdehin MMC-yə 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 504 manat ödənilməmiş hissə, 50 manat cərimə borcu və 17 fevral 2022ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 65.45 manat ödənilməmiş hissə və 6.55 manat cərimə borcu olmaqla, ümumilikdə 626 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 39 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 802 manat olan 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu satın almış və 25 may 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A23 (SM-A235) 128GB Orange” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 12.75 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 153 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonı satın almış və 17 fevral 2022ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “NOKİA 5310 DS Black/Red” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefon üçün 504 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu, 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 65.45 manat ödənilməmiş hissə və 6.55 manat cərimə borcu olmaqla, ümumilikdə isə 626 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 11 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 25 may 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu 802 manata və 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonı 153 manata satın almışdır. Cavabdehin MMC-yə 25 may 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 504 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu, 17 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 65.45 manat ödənilməmiş hissə və 6.55 manat cərimə borcu olmaqla, ümumilikdə 626 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 385.55 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 may 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 50 manat məbləğində cərimə azaldılaraq 1 manat, 17 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 6.55 manat məbləğində cərimə azaldılaraq 0.55 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 may 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 505 manat və 17 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 66 manat, ümumilikdə 595 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 may 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 505 manat, 17 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 66 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-604/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-604/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver