Məhkəmə qərarları › İş №2(030)-606/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-606/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-606/2023 02.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Honor” markalı mobil telefon üçün 206.90 manat əsas, 31 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 267.90 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 31 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 43 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Honor” markalı mobil telefonu 507.90 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 43 manat ödəniş etmiş, qalıq qalmış 206.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 310 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 31 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 02 iyul 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 43 manat ödəməklə 12 ay müddətinə cəmi 507.90 manat dəyərində 1 ədəd “Honor” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********13570 olan “Honor X7 4GB/128GB Midnight Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 15 avqust 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 02 iyul 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 206.90 manat əsas və 310 manat cərimə borcu olmaqla cəmi 516.90 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 24 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Honor” markalı mobil telefonu 507.90 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 43 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə müqavilə üzrə cəmi 206.90 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 02 iyul 2022-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 31 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqısatqı müqaviləsi” üzrə 206.90 manat əsas borc və 1 manat cərimə borcu olmaqla, cəmi 207.90 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 207.90 manat borc və ödənilmiş 26 manat dövlət rüsumu tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar