Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-611/2023 07.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı kredit müqaviləsi üzrə 2897.67 manat əsas, 389.37 manat faiz borcu olmaqla, cəmi 3287.04 manat kredit borcu və ödənilmiş 52.87 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 24 oktyabr 2023-cü il tarixdə “köçüb,ünvan düzgün deyil” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 2897.67 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2897.67 manat əsas, 389.37 manat faiz borcu olmaqla, cəmi 3287.04 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətinə 2897.67 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 25 avqust 2023-cü il tarixli 15/4877 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 11 iyul 2023-cü il tarixə 2897.67 manat əsas, 389.37 manat faiz borcu olmaqla, cəmi 3287.04 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 28 avqust 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 52.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 20 % olmaqla 24 ay müddətinə 2897.67 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2897.67 manat əsas, 389.37 manat faiz borcu olmaqla, cəmi 3287.04 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı kredit müqaviləsi üzrə cəmi 3287.04 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 52.87 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06 mart 2023-cü il tarixli RGTK0071220B206 saylı kredit müqaviləsi üzrə 3287.04 manat məbləğində vəsait və ödənilmiş 52.87 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-611/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-611/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver