Məhkəmə qərarları › İş №2(030)-63/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-63/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-63/2024 11.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ümumilikdə 1145 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi özünə məxsus VAZ-21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə- Daşkəsən avtomobil yolunun 20-cı km-də hərəkətdə olarkən sahibsiz 4-5 baş iribuynuzlu mal-qara qəfldən yolun asfalt örtüklü hərəkət hissəsinə çıxmış, nəticədə o, avtomobili saxlaya bilmədiyi üçün iribuynuzlu mal-qaradan birini vurmuşdur. O, heyvan ölməsin deyə kəsmiş və ətini sahibinə vermişdir. Bununla əlaqədar olaraq Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-də araşdırma aparılmış və yol-nəqliyyat hadisəsinə səbəb olan iribuynuzlu heyvanın sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, toplanmış materiallar baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 3(030)-229/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 120 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan vurulmuşdur. Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən avtomobilə baxış keçirilmiş və vurulumuş ziyan 1145 manat məbləğində qiymətləndirilmişdir. Bu barədə mütəxəssis rəyi verilmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh avtomobilinə vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Avtomobili Göygöl rayonunda təmir etdirmiş bütün xərcləri özü çəkmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə ikclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Gəncə şəhər 1 saylı “Avtokomission” Servis müəssisəsi 04 sentyabr 2023-cü il tarixli 2030 saylı rəyinin surətindən görünür ki, VAZ-21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı qəzaya uğramış avtomobilə baxış keçirilmiş, sərbəst bazar qiymətləri nəzərə alımaqla avotmobilə dəymiş ziyan 1145 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli 9/607 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş “Avtoservis 77” Servis müəssisəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli ziyan aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, ağ rəngli “VAZ 21074 minik” markalı, XTA**********8794 Ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 895 manat müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti-345 manat, təmir-bərpa işlərinin qiyməti – 550 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Daşkəsən Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 3(030)-229/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 120 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan vurulmuşdur. Həmin iş üzrə icraatda İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və prosesdə iştirak etmişdir. Belə olduğu halda İddiaçı inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə aid hüquqlardan, o cümlədən zərərin əvəzini tələb etmək hüququndan istifadə edə bilər. Belə ki, iddiaçı vurulmuş zərərin aradan qaldırılması üçün xərclər çəkmişdir, lakin həmin xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki halları ilə müəyyən edildi ki, cavabdehə Cavabdeh məxsus heyvan Gəncə-Daşkəsən avtomobil asfalt örtüklü hərəkət hissəsinə çıxmış, iddiaçıya məxsus avtomobili əzərək ona maddi zərər vurmuşdur. İribuynuzlu heyvanın sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, toplanmış materiallar baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 3(030)-229/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 120 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan vurulmuşdur. Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən avtomobilə baxış keçirilmiş və vurulumuş ziyan 1145 manat məbləğində müəyyən edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin мящкямя-ямтяяшünaslıq ekspertizasının ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci 895 manat müəyyən edilmişdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 895 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun, 25,79 manatı cavabdehən tutulub iddiaçıya ödənilməli, 7,21 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə aparılmış tədqiqatın dəyəri kimi 50 manat məhkəmə ekspertiza xərci cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 895 (səkkiz yüz doxsan beş) manat əsas borc və ödənilmiş 25,79 (iyirmi beş manat yetmiş doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat tutulub SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, Kodu: 210005, VOEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə-Ekspertiza Mərkəzi VOEN:**********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar