Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-631/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 12 yanvar 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 250 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2002-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 21 aprel 2005-ci ildə Məleykə və 12 yanvar 2008-ci ildə Səma adlı iki uşaqları doğulmuşdur. 2010-cu ildə münasibətləri pozulduğu üçün ayrılmışalr. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(043)-1546/2011 saylı qətnaməsi ilə 21 aprel 2005-ci il təvəllüdlü X4 və 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşımna çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. 21 aprel 2005-ci il təvəllüdlü X2 18 yaşı tamam olduğui üçün aliment dayandırılmışdır. İİ qrup əlil olduğu üçün heç bir yerdə işləmir. Əlavə gəlir və qazancı yoxdur. Cavabdeh isə fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Buna baxmayaraq, cavabdeh uşağın saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi və digər tələbatları artır. Təyin edilmiş alimentlə uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəyəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 12 yanvar 2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 11 mart 2008-ci il tarixdə 401 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 12 yanvar 2008-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 mart 2008-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(043)–1546/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 17 avqust 2011-ci il tarixdən etibarən 21 aprel 2005-ci il təvəllüdlü X4 və 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 25 avqust 2023-cü il tarixli MŞG/1/MT007/2023-02683 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbinə dair” müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 25 avqust 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı Cavabdeh mediasiyanın tətbiqi barədə 14 avqust 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 25 avqust 2023-cü il tarixli BPM**********60 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2002-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 21 aprel 2005-ci ildə X4 və 12 yanvar 2008-ci ildə X5 doğulmuşdur. 2010-cu ildə münasibətləri pozulduğu üçün ayrılmışalr. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(043)–1546/2011 saylı qətnaməsi ilə 17 avqust 2011-ci il tariuxdən etibarən 21 aprel 2005-ci il təvəllüdlü X4 və 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 21 aprel 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıılması üçün alimentin miqdarının artırılaraq 250 manat sabit pul məbləğində təyin olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2011-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması 250 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə alimentin iddia edilən məbləğdə təyin olunması və ödətdirilməsi mümkün deyildir. Bundan əlavə, iddiaçı uşaqların maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 25 avqust 2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, tərəflər razılığa gəlməmişlər. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 mediasiya xərcinin 27.50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli 2(043)– 1546/2011 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 12 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 160 (bir yüz altmış) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 27.50 (iyimi yeddi manat əllik qəpik) manatı Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-631/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-631/2023
08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver