Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-654/2023 24.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı fərdi sahibkar İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi” üzrə 6188 manat əsas, 618,80 manat faiz və 185,64 manat dəbbə pulu olmaqla, cəmi 6992,44 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “YK Kredo Lombard”ın sahibi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 18 ay müddətinə illik 48 faiz olmaqla 14950 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə girov qismində xalis çəkisi 85,50 qram olan qızıl-zinət əşyalarını girov qoymuşdur. Cavabdeh “Kredit müqaviləsi”nin qrafik şərtlərinə görə hər ayın 08-də əsas borcdan 1180,95 manat olmaqla ödəniş etməli olduğu halda, 2021-ci ilin avqust ayında 1181 manat - 598 manat faiz və 583 manat əsas, 2021-ci ilin sentyabr ayında 1181 manat - 575 manat faiz və 606 manat əsas, 2021-ci ilin oktyabr ayında 1077 manat - 550 manat faiz və 527 manat əsas, 2021-ci ilin noyabr ayında 596 manat - 529 manat faiz və 67 manat əsas, 2021-ci ilin dekabr ayında 600 manat - 527 manat faiz və 73 manat əsas, 2022-ci ilin yanvar ayında 600 manat - 524 manat faiz və 76 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 521 manat faiz və 79 manat əsas, 2022-ci ilin marty ayında 600 manat - 518 manat faiz və 82 manat əsas, 2022-ci ilin aprel ayında 600 manat - 514 manat faiz və 86 manat əsas, 2022-ci ilin may ayında 600 manat - 511 manat faiz və 89 manat əsas, 2022ci ilin iyun ayında 600 manat - 507 manat faiz və 93 manat əsas, 2022-ci ilin iyul ayında 600 manat - 504 manat faiz və 96 manat əsas, 2022-ci ilin avqust ayında 600 manat - 500 manat faiz və 100 manat əsas, 2022-ci ilin sentyabr ayında 600 manat - 496 manat faiz və 104 manat əsas, 2022-ci ilin oktyabr ayında 600 manat - 492 manat faiz və 108 manat əsas, 2022-ci ilin noyabr ayında 600 manat - 487 manat faiz və 113 manat əsas, 2022-ci ilin dekabr ayında 600 manat - 483 manat faiz və 117 manat əsas, 2023-cü ilin yanvar ayında 600 manat - 478 manat faiz və 122 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 473 manat faiz və 127 manat əsas, 2023-cü ilin mart ayında ödəniş etməmişdir. 29 aprel 2023-cü il tarixdə cavabdehin xahişi və iştirakı ilə girov qoyulmuş qızıl-zinət əşyaları satışa çıxarılmış, 08 iyul 2021-ci il tarixli 10797 saylı kredit (borc) və girov müqaviləsi üzrə qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək satılması haqqında akt tərtib edilmiş və 583 əyarlı, 1 qr likvid qiyməti 30 manat, ümumi çəkisi 18,50 qram olan 5 ədəd boyunbağı 1221 manat, dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 16,80 qram çəkidə 1 ədəd kolye 1394,40 manat, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 4,50 qram çəkidə 1 ədəd qolbağı 297 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 9,50 qram çəkidə 1 ədəd qolbağı 788,50 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 10,30 qram çəkidə 2 ədəd üzük 854,90 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 6 qram çəkidə 2 ədəd üzük 396 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 12,80 qram çəkidə 1 ədəd komplekt 1062,40 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3 qram çəkidə 1 ədəd sırğa 198 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3,60 qram çəkidə 2 ədəd kulon 237,60 manat dəyərində olmaqla 85,50 qram çəkidə qızıl-zinət əşyaları 6450 manat məbləğində qiymətləndirilmişdir. Həmin tarixə cavabdehin lombarda qalıq borcu 11829 manat və 2 aylıq faiz borcu 809 manat olmaqla, cəmi 12638 manat olmuşdur. Qızıl-zinət əşyaları satılaraq 12638 manat əsas borc məbləğindən 6450 çıxılmış, qalıq borcu 6188 manat təşkil etmişdir. 14 sentyabr 2023-cü il tarixə cavabdehin 6188 manat əsas, 618,80 manat faiz və 185,64 manat dəbbə borcu olmaqla, cəmi 6992,44 manat təşkil edir. Dəfələrlə cavabdehə şfahi və yazılı müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında bağlanmış 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi”nə əsasən 18 ay müddətinə 14950 manat məbləğində kredit götürmüşdür. Sonradan kreditin illik faizinin 48 faizlə hesablandığını bilmişdir. O, girov qismində xalis çəkisi 85,50 qram olan qızıl-zinət əşyalarını girov qoymuşdur. 14950 manat kredit borcundan 11638 manat ödəniş etsə də, 8000 manatı faizdən, 2000 manatı isə əsas borcdan silinmişdir. Əvvəllər ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, bu səbəbdən də qızıl-zinət əşyaları satılmış və ordan əldə edilmiş 6450 manat borc məbləğinə silinmişdir. 11638 manat ödəniş etməsinə və qızıl-zinət əşyalarının satışından əldə edilmiş 6450 manat olmaqla, 18000 manat ödəniş etməsinə baxmayaraq, iddiaçı ondan 6188 manat kredit borcu tələb etmişdir. Odur ki, məhkəmədən iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, fiziki şəxs Cavabdeh sahibkar fiziki şəxs İddiaçı arasında 23 yanvar 2014-cü il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinspləri əsasında borcalana 14950 manat məbləğində 18 ay müddətinə illik 48 % dərəcəsi ilə Anuitet qrafik əsasında kredit verir. Müqavilənin 1.2-ci bəndində əsasən, kreditin qaytarılma müddəti 08 iyul 2023-cü iş tarixədək müəyyən edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit girov əsasında verilir. Girova qızıl-zinət əşyaları götürlür. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 08 iyul 2021-ci il tarixli “YK” Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Cavabdeh məxsus 555 manat dəyərində 583 əyarlı, 1 qr likvid qiyməti 30 manat, ümumi çəkisi 18,50 qram olan 5 ədəd boyunbağı, 638,40 manat dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 16,80 qram çəkidə 1 ədəd kolye, 135 manat dəyərində 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 4,50 qram çəkidə 1 ədəd qolbağı, 361 manat dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 9,50 qram çəkidə 1 ədəd qolbağı, 432 manat dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 10,30 qram çəkidə 2 ədəd üzük, 180 manat dəyərində 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 6 qram çəkidə 2 ədəd üzük, 537,60 manat dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 12,80 qram çəkidə 1 ədəd komplekt, 90 manat dəyərində 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3 qram çəkidə 1 ədəd sırğa, 108 manat dəyərində 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3,60 qram çəkidə 2 ədəd kulon olmaqla 85,50 qram çəkidə qızıl-zinət əşyaları 3038 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş 29 aprel 2023-cü il tarixli “YK” Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktdan görünür ki, YK” Lombardın müdiri İddiaçı, YK” Lombardın kredit mütəxəssisi X1, zərgər X2, lombardın borcalanı Cavabdeh öz istəyi və iştirkı ilə borcunun təminatı kimi 08 iyul 2021-ci il tarixli 10797 saylı kredit (borc) və girov müqaviləsi üzrə 583 əyarlı, 1 qr likvid qiyməti 30 manat, ümumi çəkisi 18,50 qram olan 5 ədəd boyunbağı 1221 manat, dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 16,80 qram çəkidə 1 ədəd kolye 1394,40 manat, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 4,50 qram çəkidə 1 ədəd qolbağı 297 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 9,50 qram çəkidə 1 ədəd qolbağı 788,50 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 10,30 qram çəkidə 2 ədəd üzük 854,90 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 6 qram çəkidə 2 ədəd üzük 396 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 12,80 qram çəkidə 1 ədəd komplekt 1062,40 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3 qram çəkidə 1 ədəd sırğa 198 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3,60 qram çəkidə 2 ədəd kulon 237,60 manat dəyərində olmaqla 85,50 qram çəkidə qızıl-zinət əşyaları 6450 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Həsənov Elmin Kamaləddin oğlu 08 iyul 2021-ci il tarixdə “YK” Lombarddan 10797 saylı müqaviləyə əsasən 18 ay müddətinə 14950 manat məbləğində kredit götürmüşdür. Girov qismində isə xalis çəkisi 88,50 qram qızıl-zinət əşyaları girov qoymuşdur. Müştəri aşağıdakı qaydada ödənişlər etmişdir. 2021-ci ilin avqust ayında 1181 manat - 598 manat faiz və 583 manat əsas, 2021-ci ilin sentyabr ayında 1181 manat - 575 manat faiz və 606 manat əsas, 2021-ci ilin oktyabr ayında 1077 manat - 550 manat faiz və 527 manat əsas, 2021-ci ilin noyabr ayında 596 manat - 529 manat faiz və 67 manat əsas, 2021-ci ilin dekabr ayında 600 manat - 527 manat faiz və 73 manat əsas, 2022-ci ilin yanvar ayında 600 manat - 524 manat faiz və 76 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 521 manat faiz və 79 manat əsas, 2022-ci ilin mart ayında 600 manat - 518 manat faiz və 82 manat əsas, 2022-ci ilin aprel ayında 600 manat - 514 manat faiz və 86 manat əsas, 2022ci ilin may ayında 600 manat - 511 manat faiz və 89 manat əsas, 2022-ci ilin iyun ayında 600 manat - 507 manat faiz və 93 manat əsas, 2022-ci ilin iyul ayında 600 manat - 504 manat faiz və 96 manat əsas, 2022-ci ilin avqust ayında 600 manat - 500 manat faiz və 100 manat əsas, 2022-ci ilin sentyabr ayında 600 manat - 496 manat faiz və 104 manat əsas, 2022-ci ilin oktyabr ayında 600 manat - 492 manat faiz və 108 manat əsas, 2022-ci ilin noyabr ayında 600 manat - 487 manat faiz və 113 manat əsas, 2022-ci ilin dekabr ayında 600 manat - 483 manat faiz və 117 manat əsas, 2023-cü ilin yanvar ayında 600 manat - 478 manat faiz və 122 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 473 manat faiz və 127 manat əsas, 2023-cü ilin mart ayında ödəniş etməmişdir. Müştərinin xahişi və iştirakı ilə aprel ayında girov qoyulmuiş qızıl-zinət əşyaları satışa çıxarılmışdır. 29 aprel 2023-cü il tarixdə qızıl-zinət əşyaları 6450 manata satılmış və borcun bir qismi ödənilmişdir. 14 sentyabr 2023-cü il tarixə cavabdehin 6188 manat əsas, 618,80 manat faiz (6188 AZN*2%/30gün*150 gün) və 185,64 manat dəbbə (1.24AZN*150 gün) borcu olmaqla, cəmi 6992,44 manat təşkil edir. İşə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli 0017 saylı bildiriş məktubundan görünür ki, 08 iyul 2021-ci il tarixdə “YK”10797 saylı kredit (borc) müqaviləsinə əsasən 14 sentyabr 2023-cü il tarixə cavabdeh Həsənov Elmin Kamaləddin oğlunun kredit üzrə 6188 manat əsas, 618,80 manat faiz və 185,64 manat dəbbə (borcu olmaqla, cəmi 6992,44 manat “YK Kredo” lombarda borcu olduğunu, odur ki, kredit borcunun 7 gün ərzində ödəməyi tələb olunmuşdur. İşə əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 48 % dərəcəsi ilə 18 ay müddətinə 14950 manat məbləğində kredit verilmişdir. 08 iyul 2021-ci il tarixli “YK” Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı ilə Cavabdeh məxsus 583 əyarlı, 1 qr likvid qiyməti 30 manat, ümumi çəkisi 18,50 qram olan 5 ədəd boyunbağıb555 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 16,80 qram çəkidə 1 ədəd kolye 638,40 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 4,50 qram çəkidə 1 ədəd qolbağı 135 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 9,50 qram çəkidə 1 ədəd qolbağı 361 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 10,30 qram çəkidə 2 ədəd üzük 432 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 6 qram çəkidə 2 ədəd üzük 180 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 12,80 qram çəkidə 1 ədəd komplekt 537,60 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3 qram çəkidə 1 ədəd sırğa 90 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3,60 qram çəkidə 2 ədəd kulon 108 manat dəyərində olmaqla, cəmi 85,50 qram çəkidə qızıl-zinət əşyaları 3038 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh 2021-ci ilin avqust ayında 1181 manat - 598 manat faiz və 583 manat əsas, 2021-ci ilin sentyabr ayında 1181 manat - 575 manat faiz və 606 manat əsas, 2021-ci ilin oktyabr ayında 1077 manat - 550 manat faiz və 527 manat əsas, 2021-ci ilin noyabr ayında 596 manat - 529 manat faiz və 67 manat əsas, 2021-ci ilin dekabr ayında 600 manat - 527 manat faiz və 73 manat əsas, 2022-ci ilin yanvar ayında 600 manat - 524 manat faiz və 76 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 521 manat faiz və 79 manat əsas, 2022-ci ilin mart ayında 600 manat - 518 manat faiz və 82 manat əsas, 2022-ci ilin aprel ayında 600 manat - 514 manat faiz və 86 manat əsas, 2022-ci ilin may ayında 600 manat - 511 manat faiz və 89 manat əsas, 2022-ci ilin iyun ayında 600 manat - 507 manat faiz və 93 manat əsas, 2022-ci ilin iyul ayında 600 manat - 504 manat faiz və 96 manat əsas, 2022-ci ilin avqust ayında 600 manat - 500 manat faiz və 100 manat əsas, 2022-ci ilin sentyabr ayında 600 manat - 496 manat faiz və 104 manat əsas, 2022-ci ilin oktyabr ayında 600 manat - 492 manat faiz və 108 manat əsas, 2022-ci ilin noyabr ayında 600 manat - 487 manat faiz və 113 manat əsas, 2022-ci ilin dekabr ayında 600 manat - 483 manat faiz və 117 manat əsas, 2023-cü ilin yanvar ayında 600 manat - 478 manat faiz və 122 manat əsas, 2022-ci ilin fevral ayında 600 manat - 473 manat faiz və 127 manat əsas borc olmaqla, cəmi 13035 manat məbləğində ödəniş etmişdir. Cavabdeh 2023-cü ilin mart ayında ödənişi dayandırmış, 2023-cü ilin aprel ayında Cavabdeh xahişi girov qoyulmuiş qızıl-zinət əşyaları satışa çıxarılmış, 29 aprel 2023-cü il tarixli “YK” Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında akt tərtib edilərək lombardın borcalanı Cavabdeh öz istəyi və iştirkı ilə borcunun təminatı kimi 08 iyul 2021-ci il tarixli 10797 saylı kredit (borc) və girov müqaviləsi üzrə 583 əyarlı, 1 qr likvid qiyməti 30 manat, ümumi çəkisi 18,50 qram olan 5 ədəd boyunbağı 1221 manat, dəyərində 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 16,80 qram çəkidə 1 ədəd kolye 1394,40 manat, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 4,50 qram çəkidə 1 ədəd qolbağı 297 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 38 manat, 9,50 qram çəkidə 1 ədəd qolbağı 788,50 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 10,30 qram çəkidə 2 ədəd üzük 854,90 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 6 qram çəkidə 2 ədəd üzük 396 manat dəyərində, 750 əyarlı, 1qr likvid qiyməti 42 manat, 12,80 qram çəkidə 1 ədəd komplekt 1062,40 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3 qram çəkidə 1 ədəd sırğa 198 manat dəyərində, 583 əyarlı, 1qr likvid qiyməti 30 manat, 3,60 qram çəkidə 2 ədəd kulon 237,60 manat dəyərində olmaqla 85,50 qram çəkidə qızıl-zinət əşyaları 6450 manat məbləğində qiymətləndirilərək satılmış və borcun bir qismi ödənilmişdir. 14 sentyabr 2023-cü il tarixə cavabdehin banka 6188 manat əsas, 618,80 manat faiz (6188 AZN*2%/30gün*150 gün) və 185,64 manat dəbbə (1.24AZN*150 gün) borcu olmaqla, cəmi 6992,44 manat kredit borcu qalmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İş üzrə təsdiq olunduğu kimi borclu kredit müqaviləsi üzrə əsas borc və əsas borca hesablanmış faizlərin bir hissəsini ödəmiş, qalan borcu maddi imkansızlıqdan ödəyə bilmədiyindən ona 185,64 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin maddi vəziyyətinin ağırlığı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, hal-hazırda da ön cəbhədə hərbi xidmətini davam etdirməsi, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 185,64 manat məbləğində jərimə azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. AR MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi” üzrə 6188 manat əsas, 618,80 manat faiz və 20 manat dəbbə pulu olmaqla, cəmi 6826,80 manat məbləği tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 87 manatı cavabdehə, 3 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08 iyul 2021-ci il tarixli 10797 saylı “Kredit müqaviləsi” üzrə 6188 manat əsas, 618,80 manat faiz, 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 87 manat olmaqla, cəmi 6826,80 (altı min səkkiz yüz iyirmi altı manat səksən qəpik) manat məbləği tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmni edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-654/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-654/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver