Məhkəmə qərarları › İş №2(030)-664/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-664/2023

01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-664/2023 01.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 20 iyun 2011-ci il tarixdə anadan olmuş X3 və 29 iyun 2013-cü il tarixdə anadan olmuş X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarındakı nikahı 09 fevral 2011-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 20 iyun 2011-ci ildə Lalə və 29 iyun 2013-cü ildə Əli adlı iki uşaqlarının doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2016-ci il tarixli 2(030)–199/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış, 20 iyun 2011-ci ildə doğulmuş X3 və 29 iyun 2013-cü ildə doğulmuş X2 maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Uşaq böyüdükcə onun maddi və digər tələbatları artır. Təyin edilmiş alimentlə uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Haızrda cavabdeh işləyir və 1000 manat məbləğində əmək haqqı alır. Cavabdeh uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəyəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış, 20 iyun 2011-ci ildə doğulmuş X3 və 29 iyun 2013-cü ildə doğulmuş X2 maddi təminatı üçün hər ay ondan hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. O, başqa qadınla ailə qurmuş, həmin nikahdan bir uşağı var. Arvadı ikinci uşağa hamilədir. İkinci ailəsindən olan uşaq anadangəlmə travma ilə doğulub. Həm də, mikrobu vardır. Daim müalicə olunur. Ay ərzində uşağın müalicəsi üçün 900 manat məbləğində pul xərcləyir. İddiaçı “AzərQold” da mətbəxdə işləyir. İddiaçı ona uşaqları ilə görüşməyə imkan vermir. Əgər uşaqlara baxa bilmirsə ona verməsini tələb edir. Təyin edilmiş alimenti çətinliklə ödəyir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. Alimentin əvvəlki məbləğdə saxlanılmasını və iddia tələbinin rədd olunmasını xahiş edir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 20 iyun 2011-ci ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 07 iyul 2011-ci il tarixdə 16 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 29 iyun 2013-cü ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 07 iyul 2011-ci il tarixdə 16 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(030)–199/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 20 iyun 2011-ci ildə anadan olmuş X3 və 29 iyun 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 sentyabr 2023-cü il tarixli MŞG-03112 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbinə dair” müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 28 sentyabr 2023-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İddiaçı Cavabdeh mediasiyanın tətəbiqi barədə 08 iyun 2023-cü il tarixli təklif məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Elektron məhkəmə sistemindən görünür ki, Cavabdeh "xxxx" QSC-də quraşdırıcı çilingər vəzifəsində işləyir və 1215.2 manat əmək haqqı alır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 09 fevral 2011-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 20 iyun 2011-ci ildə X3 və 29 iyun 2013-cü ildə X5 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(030)–199/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 20 iyun 2011-ci ildə anadan olmuş X3 və 29 iyun 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 20 iyun 2011-ci ildə anadan olmuş X3 və 29 iyun 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanıılması üçün alimentin miqdarının artırılaraq hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində təyin olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2019-cu ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin olunmasını tələb edir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 iyun 2011-ci ildə doğulmuş X3 və 29 iyun 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 28 sentyabr 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, tərəflər razılığa gəlməmişlər. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 mediasiya xərcinin 27.50 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(030)–130/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 20 iyun 2011-ci ildə anadan olmuş X3 və 29 iyun 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 27.50 (iyimi yeddi manat əllik qəpik) manatı Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar