Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-67/2023 08.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 6000 manat əsas, 658,85 manat faiz və 78,53 manat cərimə borcu olmaqla, cəmi 6737,38 manat məbləğində kredit borcunun, ödənilmiş 0,40 manat xidmət haqqı və 87,38 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə illik 35 faiz olmaq şərti ilə 120 ay müddətinə kreditin ilkin limiti 20000 manat məbləğində təyin edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 13 oktyabr 2022-ci il tarixə 6000 manat əsas, 658,85 manat faiz və 78,53 manat cərimə borcu olmaqla, cəmi 6737,38 manat məbləğində kredit borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, "xxxx" KB ASC-dən 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə illik 35 faiz olmaq şərti ilə 120 ay müddətinə kreditin ilkin limiti 20000 manat məbləğində təyin edilmişdir. Maddi imkansızlıqdan krediti vaxtında ödəyə bilməmişdir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC ASC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 35 faiz olmaq şərti ilə 120 ay müddətinə kreditin ilkin limiti 20000 manat məbləğində təyin edilmişdir. İşə əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli BANK/PİKMD/1062804 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 13 oktyabr 2022-ci il tarixə 6000 manat əsas, 658,85 manat faiz və 78,53 manat cərimə borcu olmaqla, cəmi 6737,38 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 13 iyul 2022-ci il tarixli BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini ödəmədiyi təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin, faizlərin, cərimələrin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 87,38 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin olunmasın barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 6000 manat əsas, 658,85 manat faiz və 78,53 manat cərimə borcu olmaqla, cəmi 6737,38 manat kredit borcu tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 87,38 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 05 fevral 2022-ci il tarixli 11972sGNDJ/21 nömrəli “Kredit müqaviləsi” üzrə 6000 manat əsas, 658,85 manat faiz, 78,53 manat cərimə borcu, ödənilmiş 0,40 manat xidmət haqqı və 87,38 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6825 (altı min səkkiz yüz iyirmi beş) manat 16 (on altı) qəpik tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-67/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-67/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver