Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-679/2025 25.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat borcun və 2000 manat maddi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, o, 2025-ci ilin yanvar ayında Cavabdeh ondan 2000 manat dəyərində 8 baş xırda buynuzlu heyvan almış və gəlini Cabbarova Yeganəyə məxsus olan plastik kartı ona verərək həmin məbləği kartdan çıxarmasını bildirmişdir. O, kartdan pul çıxarmaq istədikdə, kartda pul olmadığını görmüş, ona görə də, cavabdehə zəng edərək bu barədə məlumat vermişdir. Cavabdeh isə narahat olmamasını deyərək pulunu nəğd şəkildə verəcəyini bildirmişdir. Lakin, cavabdeh heç bir ödəniş etmədiyi üçün Göygöl rayon Polis şöbəsinə müraciət etmişdir. Hal-hazıradək cavabdeh heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2025-ci ilin yanvar ayında oğlu Samir Cabbarov İddiaçı ümumi dəyəri 2000 manat məbləğində olan xırda buynuzlu heyvan almışdır. Lakin, ödəniş bir ay ərzində ödənilmədiyi üçün iddiaçı ondan Göygöl rayon polis şöbəsinə şikayət etmişdir. Bundan sonra oğlu Samir iddiaçıya 1500 manat pul vermiş və gəlini Yeganə Cabbarovaya məxsus bank kartını girov qoymuşdur. 14 fevral 2025-ci ildə qalan 500 manat məbləği iddiaçıya verilmişdir. Bundan sonra onlar iddiaçıya vermiş olduqları plastik kartı geri tələb etsələr də, iddiaçı onlardan zərərin ödənilməsini tələb edərək kartı qaytarmamışdır. Etirazında son olaraq qeyd etmişdir ki, o, iddiaçıdan borc pul almamışdır. Odur ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Göygöl rayon Polis şöbəsinin təhqiqatçısının cinayət işi başlanmasının rədd eilməsi haqqında 15 fevral 2025-ci il tarixli qərarının suərtindən görünür ki, İddiaçı Cavabdeh ona qarşı dələduzluq etməsi barədə polis şöbəsinə şikayət etmişdir. İş mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 8İ-1942 reyestr nömrəli 14 fevral 2025-ci il tarixli **********942 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı X2 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Göygöl rayon Polis şöbəsinin təhqiqatçısının cinayət işi başlanmasının rədd eilməsi haqqında 15 fevral 2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında, onların Hikmətə ümumilikdə 1850 manat borcu olmasını, həmin borcu ödəmək üçün ailə üzvü olan Cabbarova Yeganəyə məxsus ödəniş kartının İddiaçı verilmiş olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş etirazında cavabdeh iddiaçıdan ümumi dəyəri 2000 manat olan heyvanların alınmasını və yaranmış borc müqabilində gəlini Yeganə Cabbarovaya məxsus ödəniş kartının iddiaçıya verilməsi faktını təsdiq etmişdir ki, bunlar iddiaçının təqdim etdiyi hallarla tam üst-üstə düşür. Məhkəmədə işə baxılarkən Yeganə Cabbarovaya məxsus ödəniş kartının iddiaçıda olması təsdiqini tapmışdır. Cavabdeh polis orqanında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi etirazında birgəlik bildirən ifadələrdən istifadə etsə də, borcun yaranması ilə bağlı iddiaçının təqdim etdiyi faktları mübahisələndirməmiş, həmin borcun ödənilməsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş olduğunu bildirməmişdir. Etirazının dəlilləri kimi, yaranmış borcun ödənilmiş olmasını qeyd etmişdir. Bir halda ki, cavabdeh etirazını borcun ödənilmiş olması ilə əsaslandırır, belə olan halda etirazının əsasını təşkil edən, yəni borcun ödənilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh borcun ödənilmiş olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 2000 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbi vurulmuş ziyanın ödənilməsinə aid hissədə sübutlarla təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınıb İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-679/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-679/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver