Məhkəmə qərarları › İş №2(030)-681/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-681/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-681/2024 17.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun və kredit üzrə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 noyabr 2023-cü il tarixli 11899 saylı kredit müqaviləsi üzrə 3632 manat əsas, 682,82 manat faiz borcu və 1024,22 manat dəbbə pulu olmaqla, cəmi 5339,04 manat kredit borcunun və ödənilmiş 74 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıqla məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli 11899 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 24 faiz olmaqla 3659 manat məbləğində kredit verilmişdir. Cavabdeh cəmi bir dəfə 2023-cü ilin dekabr ayında 100 manat ödəniş etmiş, həmin məbləğin 73 manatı faiz, 27 manatı isə əsas borca hesablanmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq 18 sentyabr 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin 19 sentyabr 2024-cü il tarixə 3632 manat əsas, 682,82 manat faiz borcu və 1024,22 manat dəbbə pulu olmaqla, cəmi 5339,04 manat kredit borcu yaranmışdır. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 07 noyabr 2021-ci il tarixli 11899 saylı kredit müqaviləsinin surətindən görünür ki, fiziki şəxs Cavabdeh sahibkar fiziki şəxs İddiaçı arasında 07 noyabr 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinspləri əsasında borcalana 3659 manat məbləğində 48 ay müddətinə illik 24 % dərəcəsi ilə Anuitet qrafik əsasında kredit verir. Müqavilənin 1.2-ci bəndində əsasən, kreditin qaytarılma müddəti 07 noyabr 2027-ci il tarixədək müəyyən edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit girovsuz verilir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli 000009 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3659 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, müştəri Cavabdeh 07 noyabr 2023-cü il tarixində “YK” Lombarddan 11899 saylı müqaviləyə əsasən 3659 AZN 48 ay müddətinə kredit vəsaiti götürmüşdür. Müştəri aşağıdakı qaydada ödənişlər etmişdir: 1) Dekabr 2023-cü il - 100 AZN (73 azn % +27 azn əsas), 2) Yanvar 2024-cü il - 0 AZN,3) Fevral 2024-cü il - 0 AZN, 4) Mart 2024-cü il - 0 AZN, 5) Aprel 2024-cü il - 0 AZN, 6) May 2024-cü il - 0 AZN, 7) İyun 2024-cü il - 0 AZN, 8) İyul 2024-cü il z 0 AZN, 9) Avqust 2024-cü il - 0 AZN, 10) Sentyabr 2024-cü il - 0 AZN. Müştəri kredit dövrü ərzində 1 ( bir ay ) ödəniş etmişdir 100 AZN. 19 sentyabr 2024 -cü il tarixinə müştərinin lombarda qalıq əsas borcu 3632 AZN və aylıq faiz borcları 682.82 AZN,1024.22 AZN dəbbə borcu vardır.Cəmi borc 5339.04 AZN-dir. 19 sentyabr 2024-cü il tarixinə müştərinin qalıq əsas borcu - 3632 AZN, faiz borcu — 682.82 AZN ( 3632 AZN” 296/30 gün” 282 gün ), dəbbə borcu isə 1024.22 AZN ( 3.632 AZN”282 gün ) olmaqla cəmi borcu - 5339.04 AZN təşkil edir. İşə əlavə edilmiş 19 sentyabr 2024-cü il tarixli 0028 saylı bildirişdən görünür ki, lombard ilə borclu Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli Lombard/11899 nömrəli kredit (borc) müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 3659 manat məbləğdə kredit verilmişdir. Odur ki, 07 noyabr 2023-cü il tarixli Lombard/11899 nömrəli kredit (borc) müqaviləsinə əsasən 19 sentyabr 2024- cü il tarixə Cavabdeh kredit üzrə əsas borcu 3632 AZN, (%) faiz borcunuz 682.82 AZN, dəbbə borcunuz 1024,22 AZN olmaqla ümumilikdə 5339,04 (beş min üç yüz otuz doqquz manat dörd qəpik) Lombarda borcu vardır. Odur ki, kredit borcunu 7 gün ərzində ödəməyi tələb edilmiş, ödəniş olmadığı halda müvafiq qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 26 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli 11899 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 24 faiz olmaqla 3659 manat məbləğində kredit verilmişdir. Cavabdeh bir dəfə 2023-cü ilin dekabr ayında 100 manat ödəniş etmiş, həmin məbləğin 73 manatı faiz, 27 manatı isə əsas borca hesablanmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq 18 sentyabr 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin 19 sentyabr 2024-cü il tarixə 3632 manat əsas, 682,82 manat faiz borcu və 1024,22 manat dəbbə pulu olmaqla, cəmi 5339,04 manat kredit borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İş materiallarından görünür kimi, iddiaçı tərəfindən cavabdehə 1024,22 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Она эюря дя мящкямя щесаб едир ки, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü нязяря алынараг щесабланмыш 1024,22 manat мябляьиндя ъяримя азалдылараг 200 manat мябляьиндя мцяййян едилмялидир. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 noyabr 2023-cü il tarixli 11899 saylı kredit müqaviləsi üzrə 3632 manat əsas, 682,82 manat faiz borcu və 200 manat dəbbə pulu olmaqla, cəmi 4514,82 manat məbləği tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74 manat məbləğində dövlət rüsumunun 65,14 manatı cavabdehdən alınıb iddiaçıya verilsin, 8,86 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 noyabr 2023-cü il tarixli 11899 saylı kredit müqaviləsi üzrə 3632 manat əsas, 682,82 manat faiz borcu və 200 manat dəbbə pulu olmaqla, cəmi 4514,82 (dörd min beş yüz on dörd manat səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun 65,14 (altmış beş manat on dörd qəpik) manat məbləği tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmni edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar