Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-693/2023 15.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 25 dekabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 220 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2000-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 25 iyul 2005-ci ildə Emin və 25 dekabr 2007-ci ildə Ramin adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli 2(030)-109/2014 saylı qətnaməsi ilə 25 iyul 2005ci il tarixdə anadan olmuş X4 və 25 dekabr 2007-ci il tarixdə anadan olmuş X1 üçün hər ay Cavabdeh hər uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. 25 iyul 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdığı üçün aliment dayandırılmışdır. Hazırda oğlu Emin hərbi xidmətdədir. 25 dekabr 2007-ci il təvəllüdlü X3 onun himayəsindədir. Maddi vəziyyəti olduqca çətindir. Cavabdeh uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. Uşaq böyüdükcə onun maddi və digər tələbatları artır. Təyin edilmiş alimentlə uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda başqa qadınla ailə qurmuş və həmin nikahdan da iki uşağı vardır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, alimentin əvvəlki məbləğdə saxlanılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 25 dekabr 2007-ci ildə Daşkəsən rayonu Alaxançallı kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 19 fevral 2008-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 fevral 2011ci il traixdə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli 2(030)- 109/2014 saylı qətnaməsinin surətindən görünür ki, alimentin miqdarının artırılması tələbinə dair iddianın qismən təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 24 fevral 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata xx.xx.2014-cü il tarixdən xitam verilməsi, alimentin miqdarının artırılması tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasına sonra iştirak edilməməsi barədə 19 oktyabr 2023-cü il tarixli MŞG/1-MT007/03383 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbinə dair” müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 19 oktyabr 2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə mediasiyanın tətbiqi barədə 28 sentyabr 2023cü il tarixli təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 19 oktyabr 2023-cü il tarixli BPM**********33 İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2000-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 25 iyul 2005-ci ildə X4 və 25 dekabr 2007ci ildə X3 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli 2(030)-109/2014 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 24 fevral 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 25 iyul 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı 25 dekabr 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanıılması üçün alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində təyin olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2014-cü ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin rəsmi iş yeri və qazancı barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25 dekabr 2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı Əziz qızına ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mübahisə üzrə 19 oktyabr 2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 08 aprel 2014-cü il tarixli 2(030)-109/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 25 dekabr 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay bir uşaq üçün Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Əziz qızına ödənilsin. İddiaçı Əziz qızının ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı Əziz qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-693/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-693/2023
15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver