Məhkəmə qərarları › İş №2(030)-696/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-696/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-696/2023 30.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh oğıundan 29 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 500 manat əsas borc, 56.10 manat faiz borcu, 14.81 manat cərimə olmaqla, cəmi 570.91 manat, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 16 noyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ay müddətində illik 27.60% faiz olmaq şərtilə 500 manat məbləğədək kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəanket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 500 manat əsas borc, 56.10 manat faiz borcu, 14.81 manat cərimə olmaqla, cəmi 570.91 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 29 avqust 2022-ci il tarixli ərizə-anketin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və razılaşmışdır. İşə əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli LB0002531-1 nömrəli arayışın surətindən görünür ki, müşttəri Cavabdeh ilə 29 avqust 2022-ci il ARGİD**********3 nömrəli kredit xətti açılmışdır. Müştəriyə 35 ay müddətində illik 27.60% faiz olmaq şərtilə 500 manat məbləğdə kredit xətti açılmışdır. İşə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29 avqust 2022-ci il tarixli müqaviləyə əsasən istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60% faiz olmaq şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 570.91 manat əsas borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 29 avqust 2022-ci il tarixli ARGİD**********3 nömrəli “Kredit müqaviləsi” üzrə hesablanmış 14.81 manat məbləğində cərimə azaldılaraq 0.90 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 29 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 557 manat borc Cavabdeh tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 557 manat borc, ödənilmiş 0.40 manat xidmət haqqı və 29 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar