Məhkəmə qərarları › İş №2(030)-703/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-703/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-703/2024 16.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın saxlanılması üçün təyni edimiş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 17 avqust 2016cı il təvəllüdlü X6, 24 avqust 2017-ci il təvəllüdlü X9 və 21 noyabr 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə ilə aralarındakı nikahı 04 may 2016-cı tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1035 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 17 avqust 2016-cı ildə İlknur, 24 avqust 2017-ci ildə Nuray və 21 noyabr 2019-cu ildə Əli adlı üç uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və uşaqlarının saxlanılması üçün hər uşağa 80 manat olmaqla, cəmi 240 manat məbləğində aliment təyin edilmişdir. Hazırda günün tələblərinə uyğun olaraq həmin məbləğdə alimentlə uşaqlarının maddi ehtiyaclarını ödəməkdə, onları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. O, isə təkbaşına qeyd edilən vəsaitlə uşaqalrın maddi tələbatlarını qarşılaya bilmir. Ona görə də, təyin edilmiş alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2016-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 17 avqust 2016-cı ildə İlknur, 24 avqust 2017-ci ildə Nuray və 21 noyabr 2019-cu ildə Əli adlı üç uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)- 161/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və uşaqlarının saxlanılması üçün hər uşağa 80 manat olmaqla, cəmi 240 manat məbləğində aliment təyin edilmişdir. O, Daşkəsən şəhərində yerləşən mənzilini satmış, kredit götürərək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Sonradan həmin evi sataraq Gəncə şəhərindən 4 otaqlı mənzil almışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Hazırda işləyir və 780 manat məbləğində əmək haqqı alır. Hər ay 240 manat aliment və əlavə olaraq kredit ödəyir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 avqust 2016-cı ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 26 avqust 2016-cı il tarixdə 178 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 avqust 2017-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 12 sentyabr 2017-ci il tarixdə 165 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 noyabr 2019-cu ildə Gəncə şəhəri Nizami razyonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 04 dekabr 2019-cu il tarixdə 5641 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)- 161/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X12 arasında bağlanmış, 04 may 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən X8 nikahdan əvvəlki “Cəfərzadə” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi, tərəflərin birgə nikahından 17 avqust 2016-cı ildə anadan olmuş X6, 24 avqust 2017-ci ildə anadan olmuş X9 və 21 noyabr 2019-cu ildə anadan olmuş X15 cavabdeh X5 yanında saxlanılması, 17 avqust 2016-cı ildə anadan olmuş X2, 24 avqust 2017-ci ildə anadan olmuş X3 və 21 noyabr 2019-cu ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay iddiaçı Cavabdeh hər uşağa 80 (səksən) manat olmaqla, 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X8 verilməsi, iddiaçı Cavabdeh ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 150 (bir yüz əlli) manat mediasiya xərcinin 75 (yetmiş beş) manatı cavabdeh X4 alınıb iddiaçı Cavabdeh verilməsi, qятнамяnin alimentə dair hissədə dərhal iъра едилməси qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-161/2023 saylı 10 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 13 aprel 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 28 aprel 2023-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 03 oktyabr 2024-cü il tarixli MŞG/MT007/2024-01910 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 03 oktyabr 2024-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər razılığa gəlməmişlər. İşə əlavə edilmiş 03 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində ilkin mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 04 may 2016-cı tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1035 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 17 avqust 2016-cı ildə X11, 24 avqust 2017-ci ildə X13 və 21 noyabr 2019-cu ildə X15 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X12 arasında bağlanmış, 04 may 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmuş, tərəflərin birgə nikahından 17 avqust 2016-cı ildə anadan olmuş X6, 24 avqust 2017-ci ildə anadan olmuş X9 və 21 noyabr 2019-cu ildə anadan olmuş X15 cavabdeh X5 yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay iddiaçı Cavabdeh hər uşağa 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X8 verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin məbləğinin artırılması tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2023-cü ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İş üzrə göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi ilə 17 avqust 2016-cı ildə doğulmuş X6, 24 avqust 2017ci ildə doğulmuş X9 və 21 noyabr 2019-cu ildə doğulmuş X1 üçün hər uşağa 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh tərəfindən həmin aliment vaxtı-vaxtında ödənilmişdir. Ötən müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşdığını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarını, əhalinin məşğulluq vəziyyətini, ehtiyac meyarını və yaşayış səviyyəsini, uşağın mənafeyini, maddi təminatının yaxşılaşdırılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər uşağa 140 manat olmaqla, cəmi 420 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, 17 avqust 2016-cı ildə doğulmuş X6, 24 avqust 2017-ci ildə doğulmuş X9 və 21 noyabr 2019-cu ildə doğulmuş X10 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 03 oktyuabr 2024-cü il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər qarşılıqlı razılığa gəlməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin 27.50 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 5040 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 70,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 17 avqust 2016-cı ildə doğulmuş X2, 24 avqust 2017-ci ildə doğulmuş X3 və 21 noyabr 2019-cu ildə doğulmuş X10 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 27,50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləği Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X14 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar