Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-724/2024 24.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada 4010 manat əsas, 105,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 manat kredit borcunun və ödənilmiş 72,69 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 manat kredit borcunun və ödənilmiş 72,69 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izhatında göstərdi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli 24901 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 30% omaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayraq, müxətlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 oktyabr 2024-cü il tarixə 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 manat kredit borcları yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, BOKT "xxxx" MMC-dən 20 oktyabr 2023-cü il tarixli 24901 saylı kredit müqaviləsinə əsasən illik 30% omaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Digər borclu Cavabdeh2 isə ona zamin durmuşdir. Əvvəllər işlədiyi üçün hər ay krediti vaxtı-vaxtında ödəmişdir. Sonradan işdən azad edilmişdir. Hazırda heç bir yerdə işləmir. Ona görə də, maddi imkansızlıqdan krediti ödəyə bilmir. İddia tələbini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli 24901 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli 24901 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 30% omaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədəvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli 24901 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh2 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli 396 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 oktyabr 2024-cü il tarixə BOKT "xxxx" MMC-yə 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borc olmaqla cəmi 5168,95 manat təşkil etmişdir. İşə əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli 3 nömrəli xəbərdarlıq məktubundan görünür ki, BOKT "Viator Mikrokredit Azərbaycan” MMC-nin Şəmkir filialı ilə bağlanmış 20 oktyabr 2023-cü il tarixli 24901 nömrəli kredit müqaviləsinə əsasən Gəncə şəhər FHN N saylı hərbi hissədə həqiqi xidmət qulluqçusu Cavabdeh1 və eyni hərbi hissədə xidmət edən Cavabdeh2 24 ay müddətinə 5000 AZN məbləğində kredit vəsaiti verilmişdir. Borcalan təşkilatdan kredit üzrə aldığı vəsaiti kredit müqaviləsinin ayrılmaz hissəsi olan, tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Lakin kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər vaxtında və lazımınca icra edilməmişdir. Hazırda göstərilən müqaviləyə əsasən təşkilata 2023-cü il tarixinə ümumi aylıq borcu 271 manat əsas ödəniş və 30 manat cərimə, ümumi 301 manat təşkil edir. Həmin məbləği ən qısa müddət ərzində ödəmənilməsi tələb edilmişdir. Əks təqdirdə imzaladığı kredit müqaviləsinin şərtlərinə, eləcədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2. 442. 448-ci maddəsinin tələblərinə əsasən, borclu tərəfindən: kreditin vaxında və tam şəkildə ödənilməməsi. Bank tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada bütün məcburi tədbirlərin həyata kecirilməsi ücün addımlar atılacağı və bu zaman məhkəmə qaydasında onlardan yuxarıda göstərilən məbləğlərdən əlavə borcu vaxtında ödəmədiklərinə görə müqavilə ilə nəzərdə tutulmuş cərimə məbləği də tələb olunacaqdır. Qeyd: 16 yanvar 2024-cü il tarixə kimi yuxarıda göstərilən borc məbləğini (301AZN) ödənilmədiyi halda girova qoyulan qızılzinyət əşyaları müqavilə əsasında satışa aidiyyatı üzrə onlar barəsində hüquq mühafizə orqanına məlumat veriləcəyi və lazımi tədbirlər görüldükdən sonra əmək haqqına yönəltmə ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 17 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, BOKT "Viator Mikrokredit Azərbaycan” MMC tərəfindən 72,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli 24901 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 30% omaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə digər borclu (zamin) Cavabdeh2 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayraq, müxətlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 oktyabr 2024-cü il tarixə 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 manat kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. AR MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, həmin Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 manat kredit borcu tutulub iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72,69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4010 manat əsas, 1015,13 manat faiz və 143,82 manat cərimə borcu olmaqla, cəmi 5168,95 (beş min yüz altmış səkkiz manat doxsan beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 72,69 (yetmiş iki manat altmış doqquz qəpik) manat dövlət rüsumu tutulub iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-724/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-724/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver