Məhkəmə qərarları › İş №2(030)-73/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-73/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-73/2024 18.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 557,96 manat elektrik sərfi üçün yazılmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Gəncə Qərb RETSİ” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Gəncə Qərb RETSİ” X5 tərəfindən ona yazılmış 557,96 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, o, evdə olmadığı zaman "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Gəncə Qərb RETSİ” X3 3 əməkdaşı gəlib onun evinə quraşdırılmış sayğacı sökərək əvəzinə Smart kartla olan elektrik sayğac dəsti quraşdrımışlar. Sayğacı dəyişdirən zaman ona məlumat verilməmişdir. Bununla əlaqədar olaraq Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi üzrə nəzarətçi Samir adlı şəxslə əlaqə saxladıqda, Samir ona sayğaca müdaxilə olunmadığını və möhürün də sayğacın üzərində olduğunu, lakin ona cərimə yazılacağını bildirmişdir. O, razı olmasa da, sonradan ona 557,96 manat cərimə yazıldığı məlum olmuşdur. Bununla əlaqədar, "xxxx" ASC-yə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. "xxxx" ASC tərəfindən ərizəsinə cavab olaraq 21 iyun 2023-cü il tarixli 13-13/2-2/18-İ-3228/3-5/2023 nömrəli məktub göndərilmiş və yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacından kənar X2 edilməsi faktının aşkarlandığı, Rİ 279233 nömrəli akt tərtib edildiyi, 4292 kvt.s-557,96 manat dəyərində ödəniş sənədi hazırlandığı və aktda qeyd edilən qüsurun video çəkilişi ilə qeydə alındığı bildirilmişdir. O, ailəsi ilə birlikdə 2020-ci il tarixdən köçüb Göygöl rayon Bəhrəmbəy kəndinə getmişdir. Köçənədək həmin evdə yaşamış və aylıq işiq pulunu vaxtlıvaxtında ödəmişdir. Ondan sonra həmin evdə heç kim yaşamamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında gösətrmişdir ki, 09 mart 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Gəncə Qərb RETSİ” X3 əməkdaşları tərəfindən Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində köhnə sayğac uçot dəstləri yeni Smart kartlı elektrik sayğac uçot dəsti ilə dəyişdirilmişdir. Həmin vaxt İddiaçı evinə quraşdırılmış sayğac uçot dəsti dəyişdirilərkən əvvəlki sayağca sayğacdankənar əlavə xətt vasitəsilə işlədicilərin birbaşa şəbəkəyə qoşulması faktı aşkar edilmişdir. Bu barədə videoçəkliş aparılmış, 09 mart 2023-cü il tarixli akt və 359145 nömrəli protokol tərtib edilmiş, vurulmuş ziyan 557,96 manat məbləğində hesablanmışdır. X3 əməkdaşları tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmədən iddia tələbi əsassız olduğunda rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş 09 mart 2023-ci il tarixli 279233 nömrəli aktın surətindən görünür ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə sakini (cavabdeh) İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacdan çıxan faza xətti sayğacın çıxış yuvasından çıxarılaraq giriş xəttinə birbaşa qoşularaq elektrik enerjisi sayğacdan kənar istifadə olunmuşdur. İşə əlavə edilmiş 09 mart 2023-cü il tarixli 279233 AKT-ın surətindən görünür ki, X2 Qaydalarına uyğun sayğaca baxış keçirilərkən sayğacdan çıxan faz xətti sayğacın çıxış yuvasından çıxarılaraq giriş xəttinə birbaşa qoşularaq elektrik enerjisi sayğacdan kənar istifadə olunduğu məlum olmuşdur. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli 359145 nömrəli protokolun surətindən görünür ki, İddiaçı evinə **********90 nömrəli smartla sayğac uçot dəsti əvəzlənərək möhürlənmişdir. İşə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında saldosundan görünür ki, abunə kodu **********00178 olan İddiaçı elektrik enerjisində istifadəyə görə 556,54 manar məbləğində debitor borcu yaranmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-10/1081 nömrəli ekspert rəyindən görünür ki, elektrik sayğacının kolodkası və onun qapağının quruluşu (forması), eləcə də plombların vurulma qaydası (üsulu), elektrik xətləri sayğaca birləşdirildikdən və üst qapaqla bağlanaraq dövlət elektroenergetika müəssisəsinin plombu ilə plomblandıqdan sonra sayğacın alt qapağı üzərində olan möhürü (möhürün məftillərini) qoparmadan qapağın altında yerləşən yuvalara müdaxilə və qoşulma sxeminin dəyişdirilməsinin mümkünlüyünü istisna edir. Lakin hazırki şəraitdə sayğacım çıxış faza xətti (kənar qoşulma) sayğacın sıxaclar klemmasına deyil, giriş faza xəttinin sıxac yuvasından kənarda olan və izolyasiya örtüyü pozulmuş hissəsinə qoşulmuşdur ki, sayğacın alt qapağın üzərində olan möhürü qoparmadan bu cür birləşmənin həyata keçirməsi texniki cəhətdən mümkün ola bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-10/1081 nömrəli ekspert rəyindən göründüyü kimi elektrik sayğacının kolodkası və onun qapağının quruluşu (forması), eləcə də plombların vurulma qaydası (üsulu), elektrik xətləri sayğaca birləşdirildikdən və üst qapaqla bağlanaraq dövlət elektroenergetika müəssisəsinin plombu ilə plomblandıqdan sonra sayğacın alt qapağı üzərində olan möhürü (möhürün məftillərini) qoparmadan qapağın altında yerləşən yuvalara müdaxilə və qoşulma sxeminin dəyişdirilməsinin mümkünlüyünü istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X2 edən istehlakçıdır. Həmin Qaydaların 1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Həmin Qaydaların 7.6.-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Həmin Qaydaların 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh enerji təchizatı müəssisəsinin nümayəndələri akt tərtib edərkən göstərilən qaydaların tələblərinə əməl etməmişlər. Mövcud qaydalardan xaric aparılmış fəaliyyətin nəticələri qanuni hesab edilmir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.32-ci bəndinə əsаsən məişət аbоnenti (mənzillər üzrə hesаblаşmа elektrik sаyğаcı yаşаyış binаsının girişində, yаxud pilləkən meydаnçаsındа qurаşdırılmış məişət аbоnenti istisnа оlmаqlа) tərəfindən hesаblаşmа sаyğаclаrının qоşulmа sxeminin dəyişdirilməsi, sаyğаcın bаxış şüşəsinin sındırılmаsı, plоmbun qırılmаsı, sаyğаcın diskinin süni şəkildə dаyаndırılmаsı və elektrik enercisindən istifаdə göstərişini аzаltmаq məqsədi ilə edilmiş digər pоzuntulаrа yоl verildiyi аşkаr edildikdə, enerjitəchizаtı müəssisəsi оnu şəbəkədən аçmаlı və hesаblаşmа sаyğаcının sоnuncu dəfə əvəz оlunmаsı və yа qоşulmа sxeminin yоxlаnmаsı tаrixindən sоnrаkı müddət üçün, аncаq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsində nəzərdə tutulmuş iddiа müddəti dаxilində eletrik enercisindən istifаdəyə görə yenidən hesаblаşmа аpаrmаğа bоrcludur. Göründüyü kimi, Qаydаlаrın 8.32-ci bəndində göstərilən pоzuntulаrа görə mənzillər üzrə hesаblаşmа elektrik sаyğаcı yаşаyış evinin dаxilində qurаşdırılmаyаn məişət аbоnentinin məsuliyyəti istisnа edilmişdir. Belə ki, «Elektrik enercisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enercitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Məhkəmə onu da qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Enerji təchizatı müəssisəsi hesablanmış borcun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğaca müdaxilə olunduğu göstərilmiş olsa da, bunun abonentin təqsiri nəticəsində baş verməsi sübutlarla təsdiqini tapmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya məxsus elektrik sayğaında aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, mübahisələndirilən akt “X2 Qaydalarına” uyğun tərtib edilməmişdir. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkəti müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 556,54 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. X2 Qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılarkən, yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacından kənar elektrik eneriisindən istifadə edilməsi (sayğacdan çıxan faza xətti sayğacın çıxış yuvasından çıxarılaraq giriş xəttinə birbaşa qoşulması) faktına əsaslanaraq, 09 mart 2023-cü il tarixdə Rİ 279233 nömrəli akt tərtib edilmiş, sayğaca müdaxilə edildiyi sübuta yetirilmədən 1,1kVt yük üçün bir illik hesabat aparılaraq abonent hesabına 557,96 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək yuxarıda qeyd olunan maddi-hüquq normalarını rəhbər tutaraq hesab edir ki, elektrik enerjisi sayğac-uçot dəstinin nəzarət pəncərəsi hesab mexanizminin rəqəmlərinin üzərindən deşilib, mexanizmə müdaxilə olunmasında və istismara yararsız vəziyyətə salınmasında İddiaçı təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, İddiaçı enerji təhcizatı təşkliatına dəymiş ziyana görə cavabdehlik daşıya bilməz. Odur ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin “Qərb” RETSİ-nin X3 enerji satış bazasında **********00178 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan Daşkəsən rayonu Əhmədli kənd sakini İddiaçı hesablanmış 556,54 manat məbləğində elektrik enerjisi üzrə debitor borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, 01 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Cavabdeh "xxxx" ASC-dən məhkəmə ekspertizasının xərci olaraq 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı Adı: Dövlət xəzinədarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində İddiaçı hesablanmış 556,54 (beş yüz əlli altı manat əlli dörd qəpik) manat məbləğində elektrik enerjisi üzrə hesablanmış borc silinsin. Ödənilmiş 29 (iyirmi) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Gəncə Qərb RETSİ”-dən alınıb İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən məhkəmə ekspertizasının xərci olaraq 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı Adı: Dövlət xəzinədarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar