Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-83/2023 12.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Xiaomi ” markalı mobil telefon üçün 563.90 manat əsas, 84.50 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 678.40 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 12 dekabr 2022-ci il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 36 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Xiaomi ” markalı mobil telefonu 635.90 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 36 manat ödəniş etmiş və qalıq qalmış 563.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 845 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 84.50 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 08 yanvar 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 36 manat ödəməklə 18 ay müddətinə cəmi 635.90 manat dəyərində 1 ədəd “Xiaomi ” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 08 yanvar 2022-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə 1 nömrəli Əlavə və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 08 yanvar 2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********68243 olan “X3 10S 6GB/64GB Onyx Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 08 yanvar 2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə "xxxx" MMC-yə 563.90 manat əsas və 845 manat cərimə borcu olmaqla cəmi 1408.90 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 09 noyabr 2021-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tətqiq edib, toplanmış sənədlərin məzumununa hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Xiaomi” markalı mobil telefonu 635.90 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 36 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 563.90 manat əsas borc və 84.50 manat cərimə borcu olmaqla, cəmi 648.40 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı- satqı müqaviləsi” üzrə 563.90 manat əsas borc və 84.50 manat cərimə borcu olmaqla, cəmi 648.40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 08 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 563.90 manat əsas borc və 84.50 manat cərimə borcu olmaqla, 648.40 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 678 (altı yüz yetmiş səkkiz) manat 40 (qırx) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-83/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-83/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver