Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-99/2023 19.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 19 yanvar 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Hoffmann” markalı mikrodalğalı soba və kombi üçün 1348 manat borc, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********88195 olan “Realme 8 PRO” markalı mobil telefon üçün 842 manat borc və ödənilmiş 42.74 manat dövlət rüsumu olmaqla, cəmi 2316.74 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 07 yanvar 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 76.67 manat ödəməklə 18 ay müddətinə “Hoffmann” markalı markalı mikrodalğalı soba və kombini 1380.06 manata satın almışdır. 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 57.27 manat ödəməklə 18 ay müddətinə “Realme 8 PRO” markalı mobil telefonu 1030.86 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 342.92 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 1226 manat ödənilməmiş hissə və 122 manat cərimə borcu, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” üzrə 842 manat ödənilməmiş hissə və 84 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 76.67 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1380.06 manat olan “Hoffmann” markalı mikrodalğalı soba və kombini satın almışdır. İşə əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 57.27 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1030.86 manat olan “Realme 8 PRO” mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 16 noyabr 2021-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Hoffmann 24 KW” markalı kombi və “Hoffmann G2390S” markalı mikrodalğalı soba Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********88195 olan “Realme 8 PRO 6/128GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 noyabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Hoffmann” markalı mikrodalğalı soba və kombi üçün 1226 manat ödənilməmiş hissə və 122 manat cərimə borcu, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Realme 8 PRO” markalı mobil telefon üçün 842 manat ödənilməmiş hissə və 84 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı mikrodalğalı soba və kombini 1380.06 manata və 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Realme 8 PRO” markalı mobil telefonu 1030.86 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 342.92 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 1226 manat ödənilməmiş hissə və 122 manat cərimə, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 842 manat ödənilməmiş hissə və 84 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı mikrodalğalı soba və kombi üçün 1348 manat və 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Realme 8 PRO” markalı mobil telefon üçün 926 manat, ümumilikdə 2274 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 42.74 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı mikrodalğalı soba və kombi üçün 1226 manat ödənilməmiş hissə, 122 manat cərimə, 07 oktyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Realme 8 PRO” markalı mobil telefon üçün 842 manat ödənilməmiş hissə, 84 manat cərimə borcu və ödənilmiş 42.74 manat dövlət rüsumu olmaqla, cəmi 2316 ( iki min üç yüz on altı) manat 74 (yetmiş dörd) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-99/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-99/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver