Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-111/2025 22.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlişə mane olan ümumi istifadədə olan torpaq sahəsinin çəpərini öz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rusumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Şabran rayon Pirəmsən kəndində yerləşən, atası X2 (hal-hazırda vəfat etmişdir), ona və digər ailə üzvlərinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsini (yaşayış məntəqələri torpaqları) Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR-də hüquqlarının qeydiyyata alınması ilə əlaqədar, **********62 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Təxminən bir il bundan qabaq onun torpaq sahəsinə şimal hissəsindən bitişik olan və heç kim tərəfindən istifadə olunmayan 0,06 ha torpaq sahəsini almaq istədikdə, həmin torpaq sahənin Şabran rayon Pirəmsən kənd sakini Cavabdeh tərəfindən dəmir "setka" ilə çəpərlənməsini görmüşdür. Ona həmin torpaq sahəsinin çəpərlənməsinin onun torpaq sahəsinə avtomobil texnikasının gediş-gəlişinə mane olmasını bildirərək, çəpərin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun müraciətinə əhəmiyyət verməyərək, həmin torpaq sahəsini 500 manata almasını bildirərək çəpəri ləğv etmədi və əlavə olaraq həmin ərazidə olan bir neçə ağacı kəsmişdir. Həmin torpaq sahəsinin ona ayrılması barədə Şabran rayonu Pirəmsən Bələdiyyəsinə müraciət etdikdə, ona xx.xx.2024-cü il tarixli məktub ilə bildirildi ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən ümumi istifadədə olan ərazi olduğundan, qeyd edilən torpaq sahəsinin ayrılması mümkün deyil və ona Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR-nın 5 saylı Ərazi İdarəsinin 0,06 ha torpaq sahəsinin müayinə-baxış aktının hazırlanması barədə, xx.xx.2024-cü il tarixli məktubunu təqdim etdi. Həmin məktubda qeyd edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən ümumi istifadədə olan ərazi olduğundan müayinə- baxış aktının hazırlanması mümkün olmamışdır. Bu qanunsuzluqla əlaqədar Şabran rayon Prokurorluğuna anası Taibova Bənzər müraciət etdi və müraciətinə cavab olaraq ona bildirildi ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğuna görə, Şabran rayon Məhkəməsinə müraciət olunması tövsiyyə olunur. Torpaq sahəsinin Cavabdeh tərəfindən çəpərlənməsini onun öz torpaq sahəsinə gediş-gəlişə (əsasən avtomobil ilə) mane yaratdığına görə, həmin maneəni aradan qaldırılması ilə əlaqədar, məhkəməyə müraciət etmək məcburiyyətindədir.. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyester nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Şabran rayonu Pirəmsən kəndi ərazisindən 0.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 3-21-3-34/2- 7442/2025 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi - **********62, qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə gedən yola Cavabdeh istifadəsində olan torpaq sahəsi hər hansı bir maneə törətmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyester nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən, X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Şabran rayonu Pirəmsən kəndi ərazisindən 0.25 ha torpaq sahəsi verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən çəkilən çəpərin onun torpaq sahəsinə avtomobil texnikasının gedişgəlişinə mane olmasını bildirərək, çəpərin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən də, iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2025ci il tarixli 3-21-3-34/2-7442/2025 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi - **********62, qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə gedən yola Cavabdeh istifadəsində olan torpaq sahəsi hər hansı bir maneə törətmir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-111/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-111/2025
22.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver