Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1129/2025 04.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı rəisi Nümayəndə iştirakı ilə İddiaçı rəisi Nümayəndə Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı rəisi Nümayəndə Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 1(031.)-7/2025 saylı,24 yanvar 2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 18 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə qismən birləşdirilməklə, üzərinə qəti olaraq 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün xx.xx.2025-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə əsasən həmin gün məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatına götürülərək xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilərək müvafiq protokol tərtib edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 saylı, 24 yanvar 2025-ci il tarixli hökmü ilə birləşdirildiyi üçün qeyd olunan hökm xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkum Cavabdeh elektron nəzarət vasitəsini yararsız hala saldığı üçün xx.xx.2025-ci il tarixdə yeni “Attenti” markalı bir ədəd 35628050 nömrəli mobil nəzarət qurğusu,bir ədəd mobil qurğunun enerji adapteri bir ədəd Ö78CE39825 nömrəli sadə elektron qolbaq ilə əvəz edilmişdir. Habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, sözügedən elektron nəzarət vasitələrini (mobil nəzarət qurğusu) məhkum Cavabdeh tərəfindən yararsız hala salınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq idarəsi tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəyə əsasən mobil qurğu zərbə nəticəsində sındırılmış, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil, istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkum Cavabdeh bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun müvafiq bank hesabının ödənilməsi təklif olunsa da, hazırki vaxtadək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 18 gün müddtinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 18 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə barəsində təyin edilmiş 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə qismən birləşdirilməklə, onun üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göstərişindən görünür ki, Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh elektron nəzarət vasitəsini zədələsə və ya digər üsullarla yararsız vəziyyətə salsa, dəyərinin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, Cavabdeh “Attenti” markalı, 078CE39825 elektron nəzarət vasitəsi və 35628050 nömrəli mobil qurğu təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, “Attenti” V6 mobil qurğusu zərbə nəticəsində sındırılmışdır. İstifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 7(031)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, təqdimatın təmin edilməsi, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonu, Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 2i ünvanında qeydiyyatda olan və Şabran Rayon Məhkəməsinin 1(031)-7/2025 nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində həmin hökm ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 9 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə 6 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan elektron nəzarət vasitələrinin yerli qurumdan təhvil götürülməsi haqqında xx.xx.2025-ci il tarixli aktdan görünür ki, deaktiv edilmiş “Attenti” markalı, 078CE39825 elektron nəzarət vasitəsi və 35628050 nömrəli mobil qurğu təhvil götürülmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilən məktubdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü kimi Cavabdeh elektron nəzarət vasitəsini zədələsə və ya digər üsullarla yararsız vəziyyətə salsa, dəyərinin ondan tutulacağı barədə məlumatlandırılsa da, mütəxəssis rəyinə əsasən “Attenti” V6 mobil qurğusu zərbə nəticəsində sındırılmışdır. İstifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat vəsait tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik vəsait tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1129/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1129/2025
04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver