Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1213/2025 27.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinə səhvən ödədiyi 100 manat dövlət rüsumunun ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və iş materiallarını araşdıraraq, hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Şabran Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) ona qaytarılsın. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1213/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1213/2025
27.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver