Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1277/2025 29.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin tutulub xx.xx.2020-ci iltəvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2020-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Ər-arvad münasibətindən xx.xx.2020-ci ildə X4 və xx.xx.2021-ci ildə X7 adlı uşaqları olmuşdur. Uşaqların saxlanması üçün Şabran Rayon Məhkəməsinin 2(031)-591/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən əmək haqqının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. xx.xx.2025-ci ildə isə birgə nikahdan X6 adlı uşaqları da olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışdırlar və uşaqlar onun yanındadır. Bu səbəbdən alimentin miqdarının artırılması qərarına gəlmişdir. Qanunun tələbinə görə əvvəlcə mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiyada iştirak etmədiyindən mediasiya prosesi baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 7 yanvar 2020-ci ildə nikahlarını rəsmi qeyd etdirmişdirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci ildə Tehmuraz, xx.xx.2021-ci ildə Polad və xx.xx.2025-ci ildə Sevgi adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)- 591/2023 saylı qətnaməsindən və icra vərəqindən görünür ki, Cavabdeh 12 iyun 2023-cü il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı sessiyada iştirak etmiş, lakin tərəflər razılığa gəlməmişdirlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün 60 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Quba 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-591/2023 saylı qətnaməsindən və icra vərəqindən görünür ki, Cavabdeh 12 iyun 2023-cü il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Qətnamə çıxarıldıqdan sonra tərəflərin ər-arvad münasibətindən xx.xx.2025-ci ildə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulub xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyə əsasən uşağın qayğısına qalmaq valideynin borcudur və valideyn uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyəti və maliyyə imkanı daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi hazırki iş üzrə xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2025-ci il təvəllüdlü X5 qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi Cavabdeh tutulmasına əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-591/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulub xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1277/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1277/2025
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver