Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-136/2021 19.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 500 (beş yüz) manat pulun və tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh 2020-ci ilin yanvar ayında onu Şabran rayon Qaz Qəza Xidmətində çilingər kimi düzəldəcəyini vəd edərək qohumu Rahib Babayev vasitəsi ilə ondan 500 (beş yüz) manat məbləğində pul almışdır. Bir müddət vaxt keçməsinə baxmayaraq işi düzəlməmişdir. Sonradan məlum olmuşdur ki, Səfər ondan pulu onu işə düzəltmək üçün deyil, pula ehtiyacı olduğu üçün onu aldadaraq almışdır. Bu barədə polis şöbəsinə müraciət etmiş, polis şöbəsində onu İXM-nin 227-ci maddəsi ilə təqsirli bilib məhkəməyə vermişlər. Məhkəmənin qərarı ilə o cəza almışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq o, pulunu, yəni 500 manatını geri qaytarmamışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh 500 (beş yüz) manat pulun və tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Pərviz Babayevin «cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)- 515/2020 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 2020-ci ilin yanvar ayında İddiaçı Şabran rayon Qaz Qəza Xidmətində çilingər kimi işə düzəldəcəyini vəd edərək qohumu Rahib Babayev vasitəsi ilə iddiaçıdan 500 (beş yüz) manat məbləğində pul almışdır. Bir müddət vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçını işə düzəltməmişdir. Sonradan məlum olmuşdur ki, Səfər iddiaçıdan pulu onu işə düzəltmək üçün deyil, pula ehtiyacı olduğu üçün iddiaçını aldadaraq almışdır. İddiaçı cavabdehdən pulunu tələb edir. Bu barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılması və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə mücburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Həmin Məcəllənin 82.4-cü maddəsin əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa, Mülki-Prosessual Məcəlləsinin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 11005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-136/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-136/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver