Məhkəmə qərarları › İş №2(031)-142/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-142/2024

09.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-142/2024 09.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətlərində olan Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən müayinəsinin edilməsinə, maneə olmasına qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı Qərarı ilə, Şabran rayonu Xəlfələr kəndində 0,17 ha torpaq sahəsi onun X4nın, anası X8, bacıları X9, X2 mülkiyyətlərinə verilmişdir. Torpağın mülkiyyətinə verilməsi barədə, 2002-ci ilin noyabr ayında JN-054F KOD- 30405058 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib olunmuşdur. X4 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir, anası X19 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. O və bacıları ailə həyatı quraraq, ər evinə köçmüşlər. Anası vəfat etdikdən bir müddət sonra qardaşı Cavabdeh onu və bacılarını qeyd edilən torpaq sahəsinə və onun üzərində tikilmiş evə buraxmamışdır. xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran rayonu Xəlfələr kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır, sənədlərin ekspertizası və müayinə zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi, fərdi yaşayış evinin müayinəsi işlərinin aparılması üçün şərait yardılmadığına görə, daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Mülkiyyətlərinin müayinəsinə qardaşı və hal-hazırki iddia tələbi üzrə Cavabdeh mane olmuşdur. O və bacıları ona mane olmamasını xahiş və tələb etsələr də, o onların sözlərinə əhəmiyyət verməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh mülkiyyətlərində olan Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən müayinəsinin edilməsinə, maneə olmasına qadağan olunmalıdır. İddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşlarına müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdyi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onun dağma bacısıdır. Onlar ailədə 7 bacı, 1 qardaş olmuşlar. Şabran rayonu Xəlfələr kəndində 0,17 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evi nənəsi mərhumə X20 məxsusdur. O, Sumqayıt şəhərində xəstəliyi ilə bağlı xəstəxanada yatarkən, doğma bacıları X15, X6, X21, X10, İddiaçı əlbir olub adıgedən mübahisəli fərdi yaşayış evindən paltaryuyan maşını, analarına aid qızıl zinət əşyalarını, 5 tondan çox dəmir boruları, fərdi yaşayış evinə aid sənədləri oğurlayıb aparıblar. Bu beş bacının əsas məqsədi fərdi yaşayış evini məhkəmə yolu ilə ələ keçirib sonra satmaq və əldə etdikləri məbləği öz aralarında bölməkdir. Digər iki bacısı X11 və X16 onunla eyni fikirdədirlər. Onlar da dədə, babadan miras qalan Şabran rayonu Xəlfələr kəndində yerləşən fərdi yaşayış evindən birlikdə lazım gələndə istifadə etmək və başqa kənar şəxsə satmamaq fikirindədirlər. İddiaçı qaldırdığı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X17 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət sənədinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdikləri fərdi yaşayış evinin müayinə işlərinin aparılması üçün tərəflərindən şərait yaradılmadığına görə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan Xİ-JQ seriyalı 442542 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Vəlişah ilə X8 birgə nikahlarından xx.xx.1987-ci ildə Məlahət adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X23 xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.2021-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 327813 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X13 03 may 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-054F, KOD 30405058 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən X14 və ailə üzvləri – X8, X1, X9, X2 və X3 mülkiyyətinə Şabran rayonu Xədfələr kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006cı ildə vəfat etmiş X14 nəvəsi və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 qızıdır və onların vərəsələri sırasına daxildir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-054F, KOD 30405058 saylı Şəhadətnaməyə əsasən, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998ci il tarixli 02 saylı qərarına əsasən X14 və ailə üzvləri – X8, X1, X9, X2 və X3 mülkiyyətinə Şabran rayonu Xədfələr kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.2023- cü il tarixində iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran rayonu Xəlfələr kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun hazırlanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır, sənədlərin ekspertizası və müayinə zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi, fərdi yaşayış evinin müayinəsi işlərinin aparılması üçün şərait yardılmadığına görə, daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-054F, KOD 30405058 şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətlərində olan Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən müayinəsinin edilməsinə, maneə olmasına qadağan olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X14 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi olduğundan mübahisə predmetini təşkil edən torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən ona düşən pay hissəsində mülkiyyət hüquqlarını həyata keçilməlidir. Bundan başqa, Cavabdeh isə iddianın əsassız olubolmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşlarına müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşlarına müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar