Məhkəmə qərarları › İş №2(031)-147/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-147/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-147/2025 04.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə şəxsə vurulan 5632 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə şəxsə vurulan 5632 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 1(031)-39/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökümü ilə təsdiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar cavabdehlər (məhkumlar) tərəfindən zərərçəkmişə vurulan 5632 manat məbləğində maddi ziyan və ödənilmiş 77 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada tutularaq iddiaçı (zərərçəkmiş şəxs) X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 1(031)-39/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökümü ilə öz təsdiqin tapmış tələbin faktki halları ilə müəyyən olunur ki, “cavabdehlər ünvan 1 ünvanında yerləşən, uzun müddət yaşayışın olmaması səbəbindən nəzarətsiz qalan iddiaçıya məxsus evdən oğurluq etmək qərarına gələrək 2023-cü ilin noyabr ayının ortalarında ayrı-ayrı vaxtlarda cəmi 3 dəfə axşamlar tamah niyyəti ilə qabağcadan əlbir olub qrup şəkilində iddiaçının evinin daş barısının üstündən aşaraq həyətə qanunsuz daxil olaraq, yaşayış evinin axrasında talvarın altında yığılmış iddiaçıya məxsus hökümün “müəyyən etdi” hssəsində adları qeyd edilən (sadalanan) avtomobil hissələrini, habelə digər əmlakları oğurlayaraq iddiaçıya dəyəri cəmi 5632 manat məbləğində maddi ziyan vurmuşlar. İsdər ibtidai istintaqda, isdərsə də məhkəmə istintaqında, tərəfindən ona vurulan maddi ziyanın ödənilməsi barədə mülki iddia verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun maddi imkanı yoxdur, o, hazırda pis vəziyyət yaşayır. Ancaq dəymiş maddi ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürür. Cavabdeh1 məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdəndə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə şəxsə vurulan 5632 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(031)-39/2024 saylı hökmündən görünür ki, Cavabdeh1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 1(031)-32/2023 nömrəli, xx.xx.2023-cü saylı hökmü ilə Cavabdeh1 barəsində təyin edilmiş şərti məhkum etmə AR CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, AR CM-nin 69.3cü maddəsinə əsasən həmin hökmlə Cavabdeh1 üzərində qalmış 01 il 10 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə onun barəsində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü mədələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Şabran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(031)-39/2024 saylı hökmündə qeyd edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1396 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5632 manat müəyyən olunur. Digər qərarda və cədvəlin 7-14-15-26-cı bəndlərində göstərilən malların qiymətinə dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. -Cinayət işinə baxılarkən məhkəmə istintaqı zamanı Şabran Rayon Məhkəməsinə təqdim edilmiş zərər çəkmiş şəxs İddiaçı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində təqsirləndirilən şəxs Cavabdeh2 ona dəymiş ziyan ilə bağlı ona 400 manat məbləğində pul ödədiyini bildirmiş və Cavabdeh2 yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 17-ci maddəsinə əsasən “Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar”. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şabran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(031)-39/2024 saylı hökmündə qeyd edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1396 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5632 manat müəyyən olunmuşdur. Cinayət işinə baxılarkən məhkəmə istintaqı zamanı Şabran Rayon Məhkəməsinə təqdim edilmiş zərər çəkmiş şəxs İddiaçı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində təqsirləndirilən şəxs Cavabdeh2 ona dəymiş ziyan ilə bağlı ona 400 manat məbləğində pul ödədiyini bildirmiş və Cavabdeh2 yüngül cəza verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(031)-39/2024 saylı hökmünə əsasən cavabdehlər barəsində hökm çıxarılmış, onların təqsirkar olmaları sübuta yetirilmişdir. Şabran Rayon Məhkəməsinin hökmü qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh1 2816 manat məbləğində və Cavabdeh2 2416 manat məbləğində maddi ziyan və eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2816 (iki min səkkiz yüz on altı) manat məbləğində və Cavabdeh2 2416 (iki min dörd yüz on altı) manat məbləğində maddi ziyan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77 (yetmiş yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar