Məhkəmə qərarları › İş №2(031)-152/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-152/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-152/2021 17.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ VƏ VƏKİL: Məmmədov Kamran Məmmədmövsüm oğlu CAVABDEH: Cavabdeh qarşı 68900.00 manat pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Cavabdeh ona ödənilməli olan 68900,00 manat borclu olduğu pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun adınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlu məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, İddiaçı özünə məxsus kiçik müəssisəsi var. Cavabdeh da iddiaçının müəssisəsində satıcı işləmişdir. Cavabdeh Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilədən də göründüyü kimi iddiaçıya 68900,00 manat borcu vardır, müqaviləyə əsasən həmin məbləği borclu Cavabdeh iddiaçıya ödəməlidir, bu barədə onun rəsmi öhdəliyi vardır. Lakin onun barəsində görülən bütün tədbirlərə baxmayaraq cavabdeh iddiaçıya borcunu ödəmir, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır, bəhanə edir ki, guya imkanı yoxdur, heç yerdə işləmir. Lakin göstərdiklərinin hamısı qeyd etdiyi kimi bəhanələrdir, yalnız borcunu ödəməmək üçün bunları bildirir. Halbuki, cavabdeh istəsə borclu olduğu məbləği hissəhissə ödəyə bilər. Lakin göründüyü kimi cavabdeh iddiaçıya olan borcunu könüllü olaraq ödəmək istəmir, odur ki, mübahisə məhkəmə qaydasında həll edilməlidir. Xahiş edir, cavabdeh Cavabdeh iddiaçıya ödənilməli olan 68900,00 manat borclu olduğu pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun adınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, o, 4-5 il bundan qabaq İddiaçı müəssisəsində satıcı işləmişdir. İşlədiyi müddətdə müəssisəyə gələn malları qol çəkib götürmüşdür. Müəssisədən hissə-hissə pul götürüb işlətmişdir. Lakin işlətdiyi pulu yerinə qoymamışdır. Bir müddət sonra müəssisədə yoxlama aparılarkən çatışmamazlığın olduğu müəyyən edilmişdir. Onlar müəssisənin sahibi İddiaçıla aralarında razılaşmışlar ki, həmin məbləği hissə-hissə qaytaracaqdır. Bu barədə Şabran rayon Notariat Ofisində onunla İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Lakin sonradan xəstələnmiş, bir müddət xəstəxanada müalicə almışdır. Hazırda maddi imkanı yoxdur. Bu səbəbdən də, borcunu qaytara bilmir. Ona qarşı məhkəmədə qaldırılmış iddianı qismən qəbul edir, borcundan iddiaçıya 400 manat ödəniş etmişdir. Onun iddiaçıya 68500 manat məbləğində borcu qalmışdır, həmin məbləğin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh 68900 manat məbləğində İddiaçı borcunun olduğunu etiraf etmiş, borcunu xx.xx.2027-ci ilədək tam ödəməyi öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli aktdan görünür ki, satıcı Cavabdeh İddiaçı müəssisəsində yeyinti olduğunu etiraf etmiş və rəsmi izahatında da göstərmişdir. Aktın doğruluğunu komissiya üzvləri T.Kazımova, K.Xudayarova, K.Kazımova, Cavabdeh öz imzaları ilə təsdiq etmişlər. Belə ki, məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı müəssisəsində satıcı işləmişdir. İşlədiyi müddətdə Cavabdeh müəssisədən hissə-hissə pul götürüb işlətmişdir. Bir müddət sonra müəssisədə yoxlama aparılarkən çatışmamazlığın olduğu müəyyən edilmişdir. Cavabdeh müəssisənin sahibi İddiaçıla aralarında razılaşmışlar ki, həmin məbləği hissə-hissə qaytaracaqdır. Lakin bu vaxta kimi cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Bu barədə iddiaçı dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh pulu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1., 739.2. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Həmin Məcəllənin 740. maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2. maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 68 500 (altımış səkkiz min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 68 500 (altımış səkkiz min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar