Məhkəmə qərarları › İş №2(031)-164/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-164/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-164/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «FİNCA Azərbajan» MMM QBKT-nın Nümayəndə: X1 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Borc» tələbi barədə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «FİNCA Azərbajan» MMM QBKT-tı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4066.10 AZN, faiz borcu üzrə 1979.87 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 6045.97 AZN məbləğində borcun və ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azərbaijan» MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «FİNCA Azerbaijan» X2 X3 nümayəndəsi X1 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 8.000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 439 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli **********30 saylı yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2750.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN, eləcə də, xx.xx.2015-ci il tarixli, **********2712 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********3930 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 5165.16 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********0330 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4791.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Eyni il tarixli **********9509-527579 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 4066.10 AZN, faiz borcu üzrə 1979.87 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 6045.97 AZN təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4066.10 AZN, faiz borcu üzrə 1979.87 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 6045.97 AZN məbləğində borcun və ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azərbaijan» MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. «FİNCA Azerbaijan» X2 X3 nümayəndəsi A.İsmayılzadə məhkəmə iclasında əlavə olaraq bildirdi ki, Cavabdeh2 birinci müqavilə üzrə zamin duraraq müqaviləyə imza etmişdir. Lakin onlar ikinci müqavilə üzrə kredit borcunu ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Bu səbəbdən də, Cavabdeh2 zaminlikdən çıxarılmasına etiraz etmir. Cavabdeh1 məhkəmədə iddianı qəbul edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MMM QBKT ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 8.000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən onun hər ay 439 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli **********30 saylı yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2750.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN, eləcə də, xx.xx.2015-ci il tarixli, **********2712 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********3930 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 5165.16 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********0330 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4791.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Eyni il tarixli **********9509-527579 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Bankdan götürdüyü pulu bir müddət vaxtlı-vaxtında ödəmiş, lakin sonradan bədbəxt hadisə olduğu üçün kredit borcundan ödəniş edə bilməmişdir. Ona görə də getdikcə kredit borcunun məbləği çoxalmışdır. İş üzrə cavabdeh qismində göstərilən Cavabdeh2 zaminlikdən azad edilməsini xahiş edir, çünki Cavabdeh2 birinci müqavilə üzrə ona zamin dayanaraq üzərinə öhdəlik götürmüşdür. Onun maddi imkanı olmadığı üçün borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. Xahiş edir, qətnamə çıxarılarkən faiz məbləği və cərimə məbləği azaldılsın. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, «Finca Azərbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 8.000 AZN məbləğində kredit verilmişdir. O, məhkəmədə ona qarşı qaldırılan iddianı əsassız hesab edir. Çünki o, birinci müqavilə üzrə üzərinə öhdəlik götürərək Cavabdeh1 Zamin durmuşdur. Lakin sonradan bağlanan müqavilədən məlumatı olmamış, üzərinə heç bir öhdəlik götürməmişdir. Bu səbəbdən də, iddianın ona qarşı olan hissəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsindən görünür ki, «Finca Azərbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün Cavabdeh1 illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 8.000 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə zamin kimi Cavabdeh2 və Cavabdeh3 imza etmişlər. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli **********30 saylı yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2750.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN, eləcə də, xx.xx.2015-ci il tarixli, **********2712 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********3930 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 5165.16 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, **********0330 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən görünür ki, xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4791.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Yuxarıda qeyd olunan müqavilələri zaminlər təsdiq etməmiş və imza etməmişlər. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli **********9509-527579 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının qərar verdi hissəsinin 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı «Finca Azərbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün Cavabdeh1 illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 8.000 AZN məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd olunan müqavilənin tərəfi olmuşlar. Lakin xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş və xx.xx.2015-ci il tarixli, **********0330 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş bağlanarkən Cavabdeh2 razılığı olmamış, həmin müqavilədən məlumatı belə olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində qeyd edilir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, **********5031 saylı kredit müqaviləsinin müddəti bitdikdən 04 il müddətdən artıq vaxt keçdikdən sonra iddiaçı Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Belə halın mövcudluğu Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin xitamına səbəb olur. Odur ki, iddiaçı «Finca Azərbaijan» MMM QBKT tərəfindən Cavabdeh2 kredit borcunu tələb olunmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4066.10 AZN, faiz borcu üzrə 1979.87 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 6045.97 AZN məbləğində borc və ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MMM QBKT-nın xeyrinə tutulmalıdır. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4066.10 AZN, faiz borcu üzrə 1979.87 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 6045.97 AZN məbləğində borc və ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MMM QBKT-nın xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar