Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-170/2025 14.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş zirzəmilərin boşaldılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş zirzəmilərin boşaldılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inşa etdikləri özbaşına tikililərin sökülməsi, zirzəmilərin cavabdehlər tərəfindən boşaldılması, həyatyanı sahəsinin geri qaytarılması və dəymiş maddi zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmiş açıq məhkəmə hazırlıq iclasında iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin dəqiqləşməsini, ünvan 1 ünvanında yaşayan X2 cavabdeh qismində Şabran şəhəri notariat ofisinin isə maraqlı şəxs qismində işə cəlb edilmələrini, Cavabdeh1 ilə X7 arasında bağlanmış AN-İN ******* saylı, xx.xx.2021-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini və Şabran şəhəri, X8 küçəsi, 49 saylı ünvanda yerləşən zirzəminin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 tərəfindən boşaldılaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş zirzəmilərin boşaldılması və maddi ziyan” tələbinə dair mülki iş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşməsinə dair ərizədə eyni zamanda həm ilkin iddianın predmetini, həm də əsasını dəyişdirərək faktiki olaraq bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiyi tamamilə yeni iddia ilə məhkəməyə müraciət etdiyindən, həmin iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nənəsi X3 ona miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 49 ünvanında yerləşən 3-otaqdan ibarət zirzəmili fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Vərəsəlik əsasında nənəsindən ona miras qalmış evi adına rəsmiləşdirilməsi üçün Şabran Notariat Ofisinə müraciət etmiş və bu əsasda vərəsəlik işi açılmışdır. Cavabdehlər onun qonşuluğunda M.Ə.Rəsulzadə küçəsi 47 nömrəli evdə yaşayıb. Onunla qonşuluqda yaşadıqları müddət ərzində ona miras qalmış evin zirzəmisini və həyətyanı sahəsini özbaşına zəbt edərək qazıntı işləri aparıb evlərini qəzalı vəziyyətə salaraq maddi ziyan vurmuşdurlar. Yataq otaqlarına aid pəncərənin qabağından qanunsuz pilləkən tikdiriblər. Həmin pilləkəndən qalxanda onların yataq otağının içərisi görsənir. Pilləkənin üstündə naves quraşdırıqlardan evin dam örtüyü çökəcək hala gəlmişdir. Nəticədə otaqlarına gün işığı düşmür. Ev yaşayış üçün demək olar ki yarasız hala düşmüş, evin daxili və xarici divarlarinda gözlə görünəcək dərin çatlar əmələ gəlmişdir. Çöl tərəfdən evlərinin iki yanını zəbt ediblər, təmir bərpa işləri apara bilmir. Evdə yaşamaq təhlükəli hala gəlmişdir. Təhlükəni aradan qaldırmaq üçün təmir bərpa işləri görülməlidir, vəsait qoyulmalıdır. Cavabdehlərin qanunsuz işlərinin nəticəsində aralarında dəfələrlə mübahisə və münaqişələr baş vermişdir. Bu səbəbdən hər ikisi Şabran rayon Polis Şöbəsinə müraciət etmişlər. Tədqiqatçı tərəfindən bununla əlaqədar qərar qəbul edilmişdir. Hesab edir ki, evdə dəymiş maddi ziyanın hesablanması, yaşayış üçün təhlükəli olduğunu müəyyən etmək üçün ekspertizalar təyin edilməlidir. Aralarında münaqişə olduquna görə vərəsəliyidə həyata keçirə bilmir. Bu şəbədən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, İddiaçı yaşadığı evə mülkiyyət sənədi almaq istəyir, bununla əlaqədar Reyestere müraciət etmiş, reyester iddiaçıya mülkiyyət sənədi verməkdən imtina etmişdir. Cavabdehlər zirzəmini zəbt etdiyi üçün iddiaçı mülkiyyət sənədi ala bilmir. Hazırda həmin ərazi başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Xahiş edir, iddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 56,1 kvm, yaşayış sahəsi 36 kvm olan 3 otaqlı mənzilini tam mülkiyyət üzrə X1. Hazırda həmin evdə onlar yaşamırlar, evin mülkiyyətçisi başqa şəxsdir. Əsl cavabdeh kimi hazırda mülkiyyətçi olan şəxs göstərilməlidir. Bu səbəbdən də, ona və həyat yoldaşına qarşı qaldırılan iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, indiki ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi X6 adına qeydə alınmışdır. İş materiallarında olan Torpağn Mülkiyyətə Verilməsinə Dair JN-5348A, kod 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Fərdi yaşayış Fonduna Daxil olan yaşayış evinin texnika pasportundan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Cavabdeh1 tam mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 56,1 kvm, yaşayış sahəsi 36 kvm olan 3 otaqlı mənzili X1. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 16 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 56,1 kvm, yaşayış sahəsi 36 kvm olan 3 otaqlı mənzilini X1. Həmin vaxtdan da mənzilin mülkiyyətçisi və faktiki istifadəçisi X5r. Cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Eyni zamanda, iddia tələbinin maddi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçıya cavabdehlər tərəfindən hər hansı bir maddi zərər dəyməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş zirzəmilərin boşaldılması və maddi ziyan” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş zirzəmilərin boşaldılması və maddi ziyan” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-170/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-170/2025
14.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver