Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-178/2024 22.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi; İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsinə” dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 3500 manat və ödənilmiş 56 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehi Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən evinin tikintisi zamanı fəhlə kimi ona kömək etdiyi vaxtdan tanıyır. Həmçinin cavabdeh bazarlarda qələm satışı ilə məşğuldur. Cavabdeh Şabran rayonu, Aygünlü kənd sakini Cavabdeh 2022-ci ilin avqust ayında ondan yaşadığı evə gələrək 10 gün müddətində qaytarmaq şərti ilə 4500 manat borc pul almışdır. 4500 manat borcdan cavabdeh, cəmi 1000 manatı geri qaytarmışdır. Üzərindən xeyli zaman keçməsinə baxmayaraq onun 3500 manat borcunu müxtəlif bəhanələr gətirərək cavabdeh qaytarmamaqdadır. Cavabdeh barəsində Xaçmaz RPŞ tərəfindən araşdırılma aparılmış, cavabdeh borcunu etiraf etmişdir. Cavabdeh ondan aldıqları pulu qaytarmamaqla əsassız olaraq onun hesabına varlanmışdır. Cavabdeh ona borclu olduğu pulu qaytarmalıdır. Cavabdeh 3500 manat və ödənilmiş 56 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməsi barədə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, İddiaçı borca 4500 manat məbləğində pul aldığını, həmin puldan 1000 manat qaytardığını bildirmiş, lakin onun maddi imkanı olmadığı üçün qalan 3500 manat məbləğində pulu qaytara bilmədiyini bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı cinayət və ya inzibati xəta hadisəsi müəyyən edilməmişdir. Cavabdeh pul tələbi mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh Xaçmaz Rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Cavabdeh İddiaçı 4500 manat məbləğində borc pul aldığını, həmin puldan 1000 manat qaytardığını və İddiaçı 3500 manat borcu olduğunu göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 56 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu razılaşdırılmış müddətdə və qaydada ödəməmiş, bununla da üzərinə düşşən öhdəliyi pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etiraf etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsini aydın surətdə şərh edərək məhkəməyə bildirmiş və cavabdehin iddianı etiraf etməs qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və işdə iştirak edən hər iki tərəfin iradə ifadəsinə uyğundur. Ona görə də, cavabdehin iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3500 manat məbləğində pul və ödənilmiş 56 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-178/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-178/2024
22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver