Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-22/2023 09.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Nümayəndə: X3 Cavabdeh: Cavabdeh qarşı Dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində ona məxsus Mersedes Benz E220 CDİ markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3650 manat zərər pulunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2023cü il tarixədək etibarlılıq müddəti olan nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə ilə Mersedes Benz E220 CDİ markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə saat 20-00 radələrində Şabran şəhəri, H.Əliyev prospekti ilə 40-50 km sürətlə hərəkət edib həmin prospektdən T.Abbasov küçəsinə dönmə hərəkəti etmək üçün sola dönmə işığını yandırmış əməliyyatı etmək istəyərkən arxadan gələn VAZ-21015 markalı, **-BC-*** dövlət qevdiyyat nişanlı, qara rəngli avtomobili idarə edən Şabran şəhər sakini Cavabdeh tormozlama əməliyyatını yerinə yetirə bilməmiş, avtomobilinə sol yan tərəfdən, avtomobilin orta dayaq hissəsindən zərbə ilə vurub toqquşma hadisəsi törətmişdir. Hadisə zamanı avtomobili sol iki qapısı və dayaq hissəsi zədələnmiş və özü sol çiyin nahiyyəsindən xəsarət almışdır. Daha sonra hadisə yerində olan polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və protokollar tərtib olunmuşdur. Dönmə əməliyyatı edərkən arxadan gələlən maşının sürətlə hərəkət eldiyinin şahidi olmuşdur. Sonradan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021 ci il tarixli, 8/1 19 nömrəli ekspert rəyinə əsasən sürücü Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmiş, avtomobilin sürəti 69,4 km/saatdan artıq olmuşdur. Onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə ilə əlaqədar Şabran RPŞ-də xx.xx.2021-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar verilmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Avtomobilinə baş verən qəza nəticəsində xeyli ziyan dəymişdir. Şabran rayonu" Surra” avtomobillərə servis xidmətindən verilən mütəxəssis rəyinə əsasən həmin ziyanın məbləği 3650 manatdır. Həmin zərərin cavabdeh tərəfindən ona ödənilməsini məqsədəuyğun hesab edir. Xahiş edir, xx.xx.2020-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində ona məxsus Mersedes Benz E220 CDİ markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3650 manat zərər pulunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək əlavə olaraq göstərdi ki, cavabdehlə mübahisənin öz aralarında həll edilməsinə çalışmış, lakin nəticəsi olmamışdır. Cavabdeh süründürməçilik məqsədi ilə müstəntiqin qərarından şikayətlər vermiş, lakin nəticəsi olmamışdır. İnd yenə də, müstəntiqin qərarından şikayət verdiyini bildirməklə süründürməçilik yaratmaq istəyir. İddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, hadisənin baş verməsində onun heç bir təqsiri yoxdur, hadisə zamanı onun içkili halda olması sübut olunmamışdır, iddiaçı müstəntiqin qərarına istinad etsə də, müstəntiqin qərarı qanuni qüvvəsini almamışdır. Ona görə də iddianı əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Siyəzən rayon İHB-nın Yenikənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 239 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə nümayəndəliyin Yenikənd kəndində yaşayır. Heç yerdə işləmir. İş əlavə edilmiş AC seriyalı 950910 saylı X1 Şəhadətnaməsindən görünür ki, Mersedes Benz E220 CDİ markalı, sedan tipli, 2000-ci il buraxılışlı, CDİ mühərrik, WDB2100061B169547 ban olan, tünd yaşıl metalik rəngli, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İşə əlavə edilmiş ƏN-İV seriyalı 500787 saylı 24 may 2018-ci il tarixli etibarnamədən görünür ki, X4 özünə məxsus Mersedes Benz E220 CDİ markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməyi 4 il 11 ay 22 gün müddəinə İddiaçı etibar etmişdir. İşə əlavə edilmiş Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 18 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarına əsasən Cavabdeh Mürsəl oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon «Surra» ASXM tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Mersedes Benz E220 CDİ markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyanın məbləği 3650 (üç min altı yüz əlli) manat olması müəyyən edilmişdir. İşə əlavə edilmiş Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əhməd Muradovun 01 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK1/1523 saylı material üzrə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh barəsində tətbiq edilən xx.xx.2021-ci il tarixli inzibati tənbeh tədbiri nəzərə alınmaqla sonuncuya mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin CK-nın 23 noyabr 2021-ci il tarixli 6(105)-45/2021 saylı qərarının surətindən görünür ki, Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 «cinayət təqibinin başlanmasının rədd olunması haqqında» 18 fevral 2021-ci il tarixli qərarı və həmin qərarın qanunvericiliyinin və əsaslılığının yoxlanılması barədə Şabran rayon Məhkəməsinin 6(031)-2/2021 saylı 09 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, HK-1-1523 nömrəli Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış material əlavə araşdırma aparılması üçün Şabran RPŞ-nin İB-nə qaytarılmışdır. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 09 fevral 2022-ci il tarixli 6(031)- 3/2022 saylı qərarnın surətindən görünür ki, Cavabdeh tərəfindən Şabran rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Əhməd Muradovun 30 dekabr 2021-ci il tarixli, HK-1/1523 saylı marerial üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verilmiş məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi təmin edilmiş, Şabran rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Əhməd Muradovun 30 dekabr 2021-ci il tarixli, HK-1/1523 saylı marerial üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişn və əlavə araşdırma aparılması üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli 6(031)-6/2022 saylı qərarnın surətindən görünür ki, Cavabdeh tərəfindən Şabran rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Əhməd Muradovun 01 aprel 2022-ci il tarixli, HK-1/1523 saylı marerial üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verilmiş məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi təmin edilmiş, Şabran rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Əhməd Muradovun 01 aprel 2022-ci il tarixli, HK- 1/1523 saylı marerial üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ləğv edilsin və əlavə araşdırma aparılması üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhdkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Nürbət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 333.3 və 339.1-1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nın 38-ci maddəsinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əhməd Muradovun 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK1/1523 saylı material üzrə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh barəsində tətbiq edilən xx.xx.2021-ci il tarixli inzibati tənbeh tədbiri nəzərə alınmaqla sonuncuya mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2023cü il tarixli 9/8739 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan «Surra» ASXM-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə «Mersedes Benz E220 CDİ» markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 3050.0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir…» Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslərin tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prossdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır: 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır: 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır: 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətdiq edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində İddiaçı məxsus Mersedes Benz E220 CDİ markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3050 manat zərər pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi ekspertiza rəyi ilə təsdiqini tapmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində İddiaçı məxsus Mersedes Benz E220 CDİ markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3050 manat zərər pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-22/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-22/2023
09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver