Məhkəmə qərarları › İş №2(031)-22/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-22/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-22/2024 17.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X8 oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Şabran rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(031)-143/2020 saylı qərardadının ləğv edilməsi barədə iş üzrə cavabdeh X2 şikayət ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə X4 qarşı iddia qaldıraraq X3 olan 1 ədəd brilyant (sırqa, üzük) komplekt-9.50 qram, 1 ədəd ağ qaşlı (komplekt, sırqa-üzük)-8.50 qram, 1 ədəd üzük (qaşsız)-5 qram, 1 ədəd ağ qaşlı sırqa-4.50 qram, 1 ədəd yaqut qaşlı sırqa-4.50 qram, 7 ədəd alt çənə qızıl dişləri-14 qram, cəmi 3700 manatlıq qızıl zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 2(031)-143/2020 saylı 21 yanvar 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh X5 məhkəməyə ərizə ilə müraciət edərək Şabran rayon məhkəməsinin 2(031)-143/2020 saylı 21 yanvar 2020-ci il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün keçirilmiş müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(031)-143/2020 saylı qərardadına əsasən Cavabdeh X2 Şabran rayon məhkəməsinin 2(031)-143/2020 saylı 21 yanvar 2020-ci il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün keçirilmiş müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. İş üzrə cavabdeh X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(031)-143/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, X2 şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin 26-cı vərəqəsində olan qəbzdən görünür ki, məhkəmənin qətnaməsi X5 tərəfindən 28 yanvar 2020-ci il tarixdə imza edilməklə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1. maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə buraxılmış müddəti bərpa edir. X1 tərəfindən məhkəməyə apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair heç bir sənəd və sübut növü təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Bu Məcəllənin 269.3-cü maddəsinin tələbinə görə əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə belə nəticəyə gəlir ki, X2 Şabran rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(031)-143/2020 saylı qərardadının ləğv edilməsi barədə şikayəti əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X2 Şabran rayon məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(031)-143/2020 saylı qərardadının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. X2 şikayəti işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar