Məhkəmə qərarları › İş №2(031)-23/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-23/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-23/2024 21.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X4 və X6 qarşı "kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi" tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv Prosesindədir) cavabdeh X8 qarşı "kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi" tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh X5 əsas borc üzrə 369.22 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-161/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş cavabdeh X7 hüquq varisi müəyyən edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Şabran Rayon Məhkəməsinin 2(031)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, cavabdehlər X11 hüquqi varisləri Cavabdeh (fərdi identifikasiya nömrəsi: xxxxxxx), X9 (fərdi identifikasiya nömrəsi: 70Q90NA) və X10 (fərdi identifikasiya nömrəsi: 856JDBY) ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "Vijn Fond Azərkredit” MMC-nin Şabran filialı ilə cavabdeh X11 arasında bağlanmış 27 iyun 2015-ci il il tarixli, LD15178/00224 saylı kredit müqaviləsinə əsasən cavabdehə 32 ay müddətinə 27 dekabr 2016-cı il tarixə qədər illik 32 % dərəcəsini tətbiq etməklə 1494 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh X11 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh X11 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakları olmadan işə baxılmasını, borclu X7 hüquqi varisləri Cavabdeh, X2 və X1 sonra qalan 369,22 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasıqı məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehoəpin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "Vijn Fond Azərkredit” MMC-nin Şabran filialı ilə X11 arasında bağlanmış 27 iyun 2015-ci il il tarixli, LD15178/00224 saylı kredit müqaviləsinə əsasən X8 32 ay müddətinə 27 dekabr 2016-cı il tarixə qədər illik 32 % dərəcəsini tətbiq etməklə 1494 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X7 banka 369,22 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh, X2 və X3 müştərək qaydada 369,22 ABŞ dolları (milli manat ekvivalentində) əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait iddiaçı BOKT "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, X2 və X3 müştərək qaydada 369,22 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar