Məhkəmə qərarları › İş №2(031)-245/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-245/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-245/2021 18.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «FİNCA Azərbajan» MM QBKT-nın Nümayəndə: X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «Borcu» tələbi barədə mülki işə xx xxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «FİNCA Azərbajan» MM QBKT-tı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azərbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» X2 Bank Kredit Təşkilatının nümayəndəsi X1 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% dərəcəsi olmaqla 24 ay müddətinə 2400 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli eyni saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2016.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixə olan Maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli **********4524 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azərbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmədə iddianı qəbul edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MM QBKT ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% dərəcəsi olmaqla 24 ay müddətinə 2400 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli eyni saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2016.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Onun maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. «xxxx» MM Qeyri Bank Kredit Təşkilatının ona qarşı qaldırdığı iddiasını qəbul edir. Ekspertiza keçirilməsinə ehtiyac yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmədə iddianı qəbul edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% dərəcəsi olmaqla 24 ay müddətinə 2400 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq o, zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Onun maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. «xxxx» MM Qeyri Bank Kredit Təşkilatının ona qarşı qaldırdığı iddiasını qəbul edir. Ekspertiza keçirilməsinə ehtiyac yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, **********4524 saylı kredit müqaviləsindən görünür ki, «Finca Azərbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% dərəcəsi olmaqla 24 ay müddətinə 2400 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş **********3365-529629 saylı zaminlik müqaviləsinə görünür ki, Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixinə olan Maliyyə arayışlarından görünür ki, Cavabdeh1 «xxxx» MMM Qeyri Bank Kredit Təşkilatına olan borcu əsas borc üzrə 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MM QBKT-nın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2016.00 AZN əsas, faiz borcu üzrə 589.00 AZN, cərimə borcuna görə 8.10 AZN olmaqla, cəmi 2613.10 AZN borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MM QBKTnın xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar