Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-25/2024 16.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Şabran rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(031)-542/2020 saylı qərardadının ləğv edilməsi barədə iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 şikayət ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC-nin X3 Təchizatı və satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsindən inəyinin tələf olması ilə əlaqədar ona dəymiş 1500 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə ilə müraciət edərək cavabdehlər "xxxx" ASC-nin X3 Təchizatı və satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsindən və "xxxx" ASC-dən inəyinin tələf olması ilə əlaqədar ona dəymiş 1500 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddianın cavabdehin olduğu yerə görə verilməsi barədə vəsatətlə müraciət edərək İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı elektrik vurması nəticəsində tələf olmuş 1 baş iri buynuzlu heyvanın əvəzi olaraq 1500 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu məsul orqan "xxxx" ASC-dən alınaraq ona verilməsinə dair iddia tələbi barədə həmin mülki işin ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Nəsimi rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(031)-542/2020 saylı qərardadına əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iddianın cavabdehin olduğu yerə görə verilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(031)-542/2020 saylı qərardadının ləğv edilərək İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı elektrik vurması nəticəsində tələf olmuş 1 baş iri buynuzlu heyvanın əvəzi olaraq 1500 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu məsul orqan "xxxx" ASC-dən alınaraq ona verilməsinə dair iddia tələbi barədə həmin mülki işin ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Nəsimi rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Bu Məcəllənin 269.3-cü maddəsinin tələbinə görə əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 Şabran rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(031)-542/2020 saylı qərardadının ləğv edilməsi barədə şikayəti əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 Şabran rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(031)-542/2020 saylı qərardadının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 şikayəti işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-25/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-25/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver