Məhkəmə qərarları › İş №2(031)-260/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-260/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-260/2020 18.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «xxxxxxx» KB ASC-nin Cavabdeh: Cavabdeh qarşı «Kredit borcu» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «xxxxxxx» KB ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 761,04 USD əsas, 87,21 USD faiz, 17,78 USD cərimə, cəmi 866,03 USD borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxxxxx» Kommersiya Bankı ASC-ti məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2015-c il tarixli 15-0067895 saylı Lizinq Müqaviləsi üzrə xx.xx.2019-cu il tarxdə 501.67 ABŞ dolları ödənişin aparılması barədə ödəniş qəbzində ödənişin təyinatı kimi göstərilmiş «Kreditin tam qaytarılması, Kreditin nəğd ödənilməsi» qeydinin nəzərə alınmasını və onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxx» lizinq şirkəti MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli X1nə əsasən borcluya 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 994 USD məbləğində kredit verilmişdir. «xxxxxxx» KB ASC ilə «xxxxxxxxxxx» lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini «xxxxxx»a (xxxxxxx KB ASC-yə) güzəşt etmiş və bu barədə «xxxxxxxxxxx» lizinq şirkəti MMC tərəfindən xxxxxxx KB ASC-yə «Tələb hüququnun keçməsi barədə» Arayış verilmişdir. Eyni zamanda tələb hüququnun xxxxxxx KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən Lizin alaan lizinq ödənişlərini vaxtında ödəmədikdə, Lizinq şirkətinin xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında dəbbə pulu ödəməlidir. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Xahiş edir, Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 761,04 USD əsas, 87,21 USD faiz, 17,78 USD cərimə, cəmi 866,03 USD borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, «xxxxxxxxxxx» lizinq şirkəti MMC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli X1nə əsasən ona 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 994 USD məbləğində kredit verilmişdir. «xxxxxxx» KB ASC ilə «xxxxxxxxxxx» lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini «xxxxxx»a (xxxxxxx KB ASC-yə) güzəşt etmiş və bu barədə «xxxxxxxxxxx» lizinq şirkəti MMC tərəfindən xxxxxxx KB ASC-yə «Tələb hüququnun keçməsi barədə» Arayış verilmişdir. Daha sonra ona «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən xx.xx.2015-ci il tarixli 15-0067895 saylı «X1» üzrə xx.xx.2019-cu il tarixdə 272.63 USD məbləğdə kompensasiya məbləği hesablanaraq köçürülmüş, köçürülmüş kompensasia məbləği əsas borcun ödənilməsinə yönəldilmiş, hesablanmış faiz və cərimə məbləğləri isə silinmişdir. Bunun nəticəsində borc azalmış və o, xx.xx.2019-cu il tarixdə 501.67 USD məbləğində ödəniş etməklə borcunu tam olaraq ödəmişdir. Onun «xxxxxxx» KB ASC-nə heç bir kredit borcu qalmamışdır. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş «xxxxxxxxxxx» lizinq şirkəti MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli X1ndən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 994 USD məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə «xxxxxxx» Kommersiya Bankı ASC tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 9/3025 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh lizinq şirkətinə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur. Əsas borc üzrə-268.60 ABŞ dolları, faiz borcu üzrə – 94,65 ABŞ dolları. İş materiallarında olan ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 15-0067895 saylı Lizinq Müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 501,67 ABŞ dolları ödəniş aparılmışdır. Həmin ödəniş qəbzində ödənişin təyinatı “Kreditin tam qaytarılması Kreditin nəğd ödənilməsi” göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 268,60 USD əsas, 94,65 USD faiz, 7,78 USD cərimə, cəmi 371,03 USD borc (milli manat ekvivalentində) və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 268,60 USD əsas, 94,65 USD faiz, 7,78 USD cərimə, cəmi 371,03 USD borc (milli manat ekvivalentində) və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait «xxxxxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar