Məhkəmə qərarları › İş №2(031)-260/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-260/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-260/2021 04.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı Yasin qızı CAVABDEH: Cavabdeh qarşı NÜMAYƏNDƏ VƏ VƏKİL: X17 on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yasin qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan azyaşlı X6 vurduğu zərərə görə cavabdeh olan anası Cavabdeh dəymiş maddi zərərə görə 4500 (dörd min beş yüz) manat, itirilmiş əmək haqqına görə 1660 (bir min altı yüz altmış) manat, mənəvi zərərə görə 3000 (üç min) manat, ümumilikdə 9160 (doqquz min yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 30 otuz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yasin qızı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 03 noyabr 2020-ci il tarixdə Cavabdeh 21.01.2011 -ci ildə anadan olmuş on dörd yaşınadək olan yetkinlik yaşına çatmamış oğlu X12 idarə etdiyi velosipedlə onu vuraraq səhhətinin uzun müddət pozulmasına səbəb olan, dərəcəsinə görə az ağır xəsarət yetirmişdir. Belə ki, o, 03 noyabr 2020-ci ildə işlədiyi Şabran rayon Mərkəzi Kitabxanasından iş günü başa çatdığından işdən çıxıb evə gedərkən yaşadığı Q.Məmmədov küçəsində evinin yaxınlığında cavabdehin oğlu X12 onu idarə etdiyi velosipedlə vurmuş və o aldığı ağır zərbədən yerə yıxılmışdır. Bir az sonra Cavabdeh ona yaxınlaşaraq yerdən ayağa qaldırmaq istəmiş, ancaq o, ayağa qalxa bilməmişdir. Cavabdeh X32 maşını çağıraraq onu Şabran rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ilkin vizual və rentgen müayinəsi aparılmış, sarğı edilmişdir. Sonrakı gün möhkəm ağrılar olduğundan və Şabran rayon X18-19 ilə əlaqədar fəaliyyət göstərdiyindən Siyəzən rayon Diaqnostika Mərkəzinə aparılaraq orada rentgen müayinəsindən keçirilmiş və aparılmış müayinə ilə müəyyən edilmişdir ki, “sağ bud sümüyünün başının yerini dəyişməyən sublcapital sınığı, sağ mil sümüyünün tipik yerdə qapalı sınığı” kimi xəsarət almışdır. 05 noyabr 2020-ci ildə ailəsi tərəfindən Bakı şəhərinə aparılmışdır. Sağ əlinin said hisssəsindən və çanaq sümüyündən əməliyyat olunmuşdur. Xəsarət yetirən azyaşlının anası olan Cavabdeh Şabran rayon X11 X29 müdiri vəzifəsində işləyir və azyaşlı oğlu tərəfindən ona vurulmuş xəsarətlə bağlı X32 maşını ilə onu əməliyyat olunmaq üçün Şabran şəhərindən Bakı şəhərinə gətirilməsinə köməklik göstərmiş, bundan başqa onun müalicə olunmağına nəinki maddi, hətta mənəvi dəstək olmamışdır. Xəsarət almağı ilə bağlı məlumat 05.11.2020-ci il tarixdə Şabran RPŞdə qeydiyyata alınmış və X19 təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən müvafiq araşdırma aparılaraq “Cinayət təqibinin başlanmasının rədd olunması haqqında” 17 dekabr 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, izahatı alınmış X12 göstərmişdir ki, Şabran şəhəri 5 saylı tam orta məktəbin 4-cü sinifində təhsil alır. 03.11.2020-ci il tarixdə saat 18 radələrində ikitəkərli 20 model velosipedini yaşadığı evin yaxınlığında sürmüşdür. Q.Məmmədov küçəsində velosipedi idarə edən zaman qəflətən yolun içində Kamilə qarşısına çıxmış, məsafə az olduğu üçün velosipedi kənara qaçıra bilməmiş, nəticədə velosipedlə Kamilənin ayağına çırpılmışdır. Bu zaman Kamilə yerə yıxılmışdır. O evə qaçaraq baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Anası Xəyalə dərhal bayıra çıxıb hadisə yerinə gəlmiş, sonra isə Şabran RMX-na müraciət edərək TTY briqadasını onların ünvanına çağırmışlar. O, velosipedlə küçədə Kamiləyə çırpılan zaman yanlarında heç kimin olmadığını göstərmişdir. Daha sonra qərarda göstərilir ki, izahatı alınmış Cavabdeh eyni məzmunlu izahat verərək Məmmədi Qəhrəmanovun izahatında göstərilənləri təsdiq etmişdir. Təhqiqat orqanı tərəfindən iş üzrə təyin edilmiş MTE və PA Birliyinin 11.12.2020-ci il tarixli 291 saylı rəyinə əsasən İddiaçınm məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətləri - sağ mil sümüyünün tipik yerdən və sağ bud sümüyünün boynunda qapalı yerini dəyişməyən sınığları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni - 03.11.2020-ci il tarixdə velosipedin piyadanı vurması nəticəsində baş verən yol nəqliyyat hadisəsi zamanı alına bilərdi, səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Araşdırma nəticəsində təhqiqatçı nəticəyə gəlmişdir ki, aparılmış araşdırma zamanı tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Yasin qızı 03.11.2020-ci il tarixdə saat 18:15 radələrində yaşadığı ünvan 2 ünvanına gedən zaman həmin küçədə yaşayan Məmmədi Qəhrəmanov idarə etdiyi 20 model velosipedi ilə İddiaçı vuraraq MTE və PA Birliyinin 11.12.2020-ci il tarixli 291 saylı rəyinə əsasən AZ AĞİR zərərvurma hesab edilən bədən xəsarəti yetirilmişdir. X9 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 20.1-ci maddəsinə əsasən 2011-ci il təvəllüdlü (9 yaş) Məmmədi Qəhrəmanovun azyaşlı olması səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməz. Buna görə də İddiaçı Yasin qızının xəsarət alması əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilməlidir. Göstərilənlərə əsasən təhqiqatçı qərara almışdır: İddiaçı Yasin qızının xəsarət alması əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilsin. İddiaçı Yasin qızına dəymiş ziyanla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Aldığı xəsarətlə əlaqədar əməliyyat olunmaq üçün Bakı şəhərində xxxxndə 05 noyabr 2020-ci ildə əməliyyat olunmuş və 14 noyabr 2020-ci ildə daxil olmaqla orada stasionar müalicədə olmuşdur. Cərrahi əməliyyat və əməliyyatdan sonrakı müddətdə müalicə üçün klinikaya güzəştli şərtlərlə (bacısı həmin klinikada işlədiyi üçün) 1800 (bir min səkkiz yüz) manat, o cümlədən 03 noyabr 2020-ci ildə ilkin olaraq 035461 saylı mədaxil qəbzi ilə 800 (səkkiz yüz) manat və 13 noyabr 2020-ci ildə 033709 saylı mədaxil qəbzi ilə 1000 (bir min) manat ödəmişdir. 14 noyabr 2020-ci ildə xəstəxanadan çıxmış və müalicəsini ambulator şəraitdə davam etdirmək üçün bacısı tərəfindən onun üçün 400 manata kirayəyə götürülmüş Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 58 ünvandakı mənzilə gətirilmişdir. Sərbəst hərəkət edə bilmədiyinə görə gündəlik yeməyi onlardan olmaqla ona baxmaq üçün günü 20 manatdan xəstə baxıcısı tutulmuş və xəstə baxıcısına 23 gün üçün 460 manat verilmişdir. Həmçinin həkim tərəfindən təyin edilmiş dərmanların alınmasına 200 manat, həmin dərmanların iynə və köçürmə şəklində ona vurulması üçün 300 manat ödənilmişdir (10 sistem-hər biri 15 manatdan olmaqla 150 manat və 20 gün iynələrin vurulmasına gündəlik 5 manatdan olmaqla 100 manat), gündəlik yemək xərclərinə isə hər gün üçün təxminən 20-25 manat olmaqla 23 gündə 520 manat xərclənmişdir. Göstərilənlərdən əlavə Covid-19 ilə bağlı gücləndirilmiş karantin dövründə, ailəsinin müalicədə olduğu müddətdə Şabrandan Bakı şəhərinə gəlib-getməsinə 300 manatdan artıq pul xərclənmişdir. Həmçinin əməliyyatdan sonrakı dövrdə zəruri olduğundan 3 bağlama (hər bağlamada 30 ədəd olmaqla bir bağlamanın qiyməti 32 manat) pampers alınmışdır ki, buna da 96 manat ödənilmişdir. Eyni zamanda təbii ehtiyaclar üçün zəruri olduğundan 85 manata hündür stul-oturacaq və sərbəst, kömək olmadan hərəkət etmək üçün 40 manata 2 ədəd qoltuqaltı əsa alınmışdır. 8 dekabr 2020-ci ildə Bakı şəhərindən Şabran şəhərinə gətirilməyi üçün Xüsusi Müalicə Sağlamlıq X26 Yardım avtomobilindən istifadəyə görə 08.12.2020-ci il tarixli 035631 saylı mədaxil qəbzi ilə klinikaya 300 manat ödənilmişdir. Aldığı xəsarətlə bağlı 5 noyabr 2020-ci ildən 8 dekabr 2020-ci ildə daxil olmaqla cərrahi əməliyyat, əməliyyatdan sonrakı dövrdə müalicə və xərclərə tərəfindən ümumilikdə 4500 (dörd min beş yüz) manat xərclənmişdir ki, bu məbləğ dəymiş zərərin əvəzi olaraq cavabdehdən tutularaq ona verilməlidir. Şabran şəhərinə, evinə qayıtdıqdan sonra çəkdiyi xərclər hesablanmamışdır. Cavabdeh nəinki Bakı şəhərində əməliyyat və müalicə olunarkən, hətta evə qayıtdıqdan sonra da qonşu olaraq onun səhhəti ilə və nəyə isə ehtiyacı olması ilə maraqlanmamışdır. Ancaq cərrahi əməliyyat günü cərrah həkimlə telefon vasitəsilə danışmış və ondan bu işə nə qədər xərc çıxacağını soruşmuşdur. O isə bildirmişdir ki, təxminən 5000 manat. Göstərilənlərdən əlavə o, aylıq əmək haqqı 332 manat olmaqla Şabran rayon X1 işləyir və aldığı xəsarətlə bağlı 04 noyabr 2020-ci il tarixdən bugünə kimi işə gedə bilmir və bundan sonra da həkimlərin deməsinə görə yəqin ki, bir neçə ay işə gedə bilməyəcəkdir. İş yerindən isə bu müddət üçün ona əmək haqqı ödənilmir. 2021-ci ilin ilk 3 ayı nəzərə alınmaqla 5 (beş) ayda itirdiyi əmək haqqının məbləği 1660 (bir min altı yüz altmış) manat təşkil edir ki, bu məbləğ də cavabdehdən alınaraq ona verilməlidir. Eyni zamanda aldığı xəsarət, keçirdiyi əməliyyat və gələcəkdə əlil ola biləcəyi ilə bağlı iztirablarında əlaqədar mənəvi zərəri 3000 (üç min) manat məbləğində dəyərləndirir və həmin məbləğ də cavabdehdən alınaraq ona verilməlidir. Xahiş edir, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan azyaşlı X7 vurduğu zərərə görə cavabdeh olan anası Cavabdeh dəymiş maddi zərərə görə 4500 (dörd min beş yüz) manat, itirilmiş əmək haqqına görə 1660 (bir min altı yüz altmış) manat, mənəvi zərərə görə 3000 (üç min) manat, ümumilikdə 9160 (doqquz min yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 30 otuz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh həyat yoldaşı X13 13 dekabr 2018-ci ildə vəfat etmişdir. Cavabdeh ailədə yeganə qazanc gətirəndir. X12 21 yanvar 2011-ci ildə anadan olmuşdur. Cavabdehin oğlu Məmmədi 03.11.2020-ci il tarixdə saat 18 radələrində ikitəkərli 20 model velosipedini yaşadığı evin yaxınlığında sürmüşdür. Məmmədi velosipedi idarə edən zaman qəflətən yolun içində İddiaçı qarşısına çıxmış, məsafə az olduğu üçün tez velsopedi qaçırmaq istəmişdir, lakin Kamilə də velosipedi qaçırdığı istiqamətə dönərək qarşısına çıxmış, nəticədə velosipedlə Kamilənin ayağına çırpılmışdır. Bu zaman Kamilə yerə yıxılmışdır. O evə gedərək baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Anası Xəyalə dərhal bayıra çıxmışdır. X32 maşını çağıraraq Kəmaləni Şabran rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ilkin vizual və rentgen müayinəsi aparılmış, sarğı edilmişdir. Cavabdeh Şabran rayon X11 X29 müdiri vəzifəsində işləyir və iddiaçını X32 maşını ilə əməliyyat olunmaq üçün Şabran şəhərindən Bakı şəhərinə gətirilməsinə köməklik göstərmişdir. Daha sonra cavabdeh Covid-19 xəstəliyinə tutulduğu üçün iddiaçı ilə əlaqə saxlaya bilməmişdir. Hazırda cavabdehin xəstəxanaya və müalicəsi üçün ancaq rəsmi qəbzlərlə ödədiyi pulun qaytarılmasına etiraz etmirlər. Hadisənin ehtiyatsız hərəkətin nəticəsində baş verməsini nəzərə alaraq, iddianın mənəvi zərər hissəsini də qəbul etməməklə, qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Pərviz Babayevin cinayət işinin başlanmasının rədd olunması barədə 17 dekabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Yasin qızının xəsarət alması əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı Yasin qızına dəymiş ziyanla bağlı aidiyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 11744582 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 21 yanvar 2011-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş «xxxx» MMC tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 035461 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Yasin qızı «xxxx» MMC-nin hesabına 800 manat pul ödəmişdir. İşə əlavə edilmiş «xxxx» MMC tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 033709 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Yasin qızı «xxxx» MMC-nin hesabına 1000 manat pul ödəmişdir. İşə əlavə edilmiş «xxxx» MMC tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 035631 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Yasin qızı «xxxx» MMC-nin hesabına 300 manat pul ödəmişdir. İşə əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli dərmanların buraxılması ilə əlaqədar reseptdən görünür ki, İddiaçı Yasin qızı müalicəsi üçün dərmanların alınmasına cəmi 196.94 manat ödəniş etmişdir. İşə əlavə edilmiş X20 İdarəsi Şabran rayon X4 tərəfindən verilmiş 22 yanvar 2021ci il tarixli 01 saylı arayışdan görünür ki, İddiaçı Yasin qızı X2 İnformasiya resurs şöbəsində Operator işində çalışır. Aylıq əmək haqqısı tarifləşmə cədvəlinə əsasən 332 manatdır. İşə əlavə edilmiş «xxxx» MMC tərəfindən verilmiş epikrizdən və 05 noyabr 2020-ci il tarixli ******* saylı xəstəlik tarixindən görünür ki, İddiaçı Yasin qızına “sağ mil sümüyünün tipik yerinin və sağ bud sümüyü boyunun sınığı” diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 saylı Zona Tibbi Sosial Ekspret Komissiyası tərəfindən verilmiş 103371 saylı arayışdan görünür ki, X28 AR.res müdafiə ilə əlaqədar ikinci qrup əlildir. İşə əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteanları və X30 Birliyi tərəfindən verilmiş Ə seriyalı 005578 saylı vəsiqədən görünür ki, X28 İİ qrup müharibə əlilidir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 1797 saylı arayışdan görünür ki, Cavabdeh Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 41 saylı ünvanda qeydiyyatdadır. Onun ailə üzvləri, qaynanası – X8, uşaqları – X14, X5 ibarətdir. İşə əlavə edilmiş AZ-İ seriyalı 986443 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 13 dekabr 2018-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən 10.11.2020-19.11.2020-ci il tarixinədək Quba RMX-nın X10 COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1 -ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsində göstərilir ki, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onun həmin tələbi əsaslıdır. Cavabdeh iddiaçıya zərər vurduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MM-nin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarından görünür ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenumun qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdehin təqsiri ucbatından İddiaçı xəsarət aldığı vaxtdan qoltuqaltı ilə gəzir, işə getmir, dost tanışları ilə görüşmür, gündəlik başqalarının köməyinə ehtiyacı vardır. Bütün bunlar ona iztirab verir və onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mənəvi zərərlə bağlı tələbi qəbul edərkən hər iki tərəfin maddi vəziyyətlərini, o cümlədən, Cavabdeh oğlu Məmmədinin yetkinlik yaşına çatmamaqla, törətdiyi hərəkətin ehtiyatsızlıqdan olmasını nəzərə almışdır. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X20 İdarəsi Şabran rayon X2 İnformasiya resurs şöbəsində Operator vəzifəsində işləyir, yəni daimi iş yeri vardır. Sübutetmə yükünü daşıyan İddiaçı xəstə baxıcısına 450 manat, iynə vurulmasına 300 manat, sistem köçürməyə 150 manat, yemək xərclərinə 520 manat, Bakıya gedibgəlməsinə 300 manat, kirayə haqqına 400 manat, pampers alınmasına 96 manat, hündür oturacağa 85 manat, qoltuqaltına 40 manat pul xərcləməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilmədi. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, maddi zərərə görə 3000 (üç min) manat, mənəvi zərərə görə 250 (iki yüz əlli) manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 3000 (üç min) manat, mənəvi zərərə görə 250 (iki yüz əlli) manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar