Məhkəmə qərarları › İş №2(031)-28/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-28/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-28/2023 04.04.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı İbrahımov Mənsur Nəmətulla oğlunun cavabdeh Kazımov Əlıəzız Kazım oğluna, Cavabdeh2 Ələzız oğluna, Kazımova Fərıdə Müzəfərddın qızına, Yasinova Fatma Əlıəzız qızına, Kazımova Könül Əlıəzız qızına, Nağıyeva Mahırə Əlıəzız qızına, Cavabdeh7 Əlıəzız oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbrahımov Mənsur Nəmətulla oğlunun cavabdeh Kazımov Əlıəzız Kazım oğluna, Cavabdeh2 Ələzız oğluna, Kazımova Fərıdə Müzəfərddın qızına, Yasinova Fatma Əlıəzız qızına, Kazımova Könül Əlıəzız qızına, Nağıyeva Mahırə Əlıəzız qızına, Cavabdeh7 Əlıəzız oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İbrahımov Mənsur Nəmətulla oğlunun cavabdeh Kazımov Əlıəzız Kazım oğluna, Cavabdeh2 Ələzız oğluna, Kazımova Fərıdə Müzəfərddın qızına, Yasinova Fatma Əlıəzız qızına, Kazımova Könül Əlıəzız qızına, Nağıyeva Mahırə Əlıəzız qızına, Cavabdeh7 Əlıəzız oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar