Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-285/2023 28.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X22 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) sədri X3, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X7, Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdeh (bundan sonra Cavabdeh) rəisi X12, Cavabdeh icra üzrə böyük icra məmuru X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC xx.xx.2022-ci il tarixdə Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC – yə vurduğu 6670 (altı min altı yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC – yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə X4 İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı X4 İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh hesablama metodunu əsas götürsələr məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: İ. Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması - X4 məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü xx.xx.2013-xx.xx.2015-ci illər üçün orta aylıq əmək haqqını 350 (üç yüz əlli) manatdan hesablasalar, həmin 25 (iyirmi beş) ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat təşkil edir (350 x 25 = 8750). Həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 14 (on dörd) faizi 1225 (bir min iki yüz iyirmi beş) manat eləyir. Həmçinin 8750 (səkkiz min yeddi yüz əlli) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 03 (üç) faizi 262 (iki yüz altmış iki) manat 50 (əlli) qəpik eləyir. X1 məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 (səkkiz min yeddi yüz əlli) manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində pul ödənilməli idi. İİ. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və xx.xx.2013-xx.xx.2015-ci illər üçün 07 (yeddi) il müddəti üçün hesablasalar belə bir nəticə alınır. Belə ki, X4 2002-2006cı illər üçün aylıq əmək haqqısını 85 (səksən beş) manatdan, xx.xx.2013-xx.xx.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 (üç yüz əlli) manatdan hesablasalar belə bir nəticəyə gəlirlər, həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq əmək məzuniyyətlərinə görə hesablar kompensasiyadan tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 14 (on dörd) faizi 191 (bir yüz doxsan bir) manat 16 (on altı) qəpik eləyir. Həmçinin 136 (bir yüz otuz altı) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın və məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 03 (üç) faiz hissəsi 40 (qırx) manat 96 (doxsan altı) qəpik eləyir. X2 əmək məzuniyyətlərinə görə hesablanmış 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpik kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133 (bir min yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə X6 məcbur iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 8395.83 (səkkiz min üç yüz doxsan beş) manat 83 (səksən üç) qəpik (7262.50+1133.33=8395.83) pul ödənilməli idi. Məhkəməyə ekspert tərəfindən təqdim edilmiş 03 may 2023-cü il tarixli, 9/2527 nömrəli rəydə qeyd olunmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar X6 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı məbləği ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən olunur o, cümlədən məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üç) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxma üzrə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik. Bir daha qeyd edirlər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi İddiaçı ASC tərəfindən poçt vasitəsilə 1362 (bir min üç yüz altmış iki) manat 03 (üç) qəpik, İddiaçı ASCnin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 2017-ci ilin oktyabr ayında 2003 (iki min üç) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2017-ci il tarixdə 998 (doqquz yüz doxsan səkkiz) manat, xx.xx.2017-ci il tarixdə 1996 (bir min doqquz yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixdə 1611 (bir min altı yüz on bir) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 9172 (doqquz min yüz yetmiş iki) manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-69/2018 saylı, xx.xx.2018 tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik İddiaçı ASC-yə borc hesablanmışdır. İddiaçı ASCdən məcburi icra tədbirləri nəticəsində, inkasso sərəncamı və əmlakların hesabına (Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərilərinə həbs qoyulmuş 400 (dörd yüz) manat dəyərində su çəni və 1000 (bir min) manat dəyərində 02 (iki) ədəd böyük ölçülü kukl) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı ASC-nin əvvəlki sədri X15 qeyd olunanlardan əlavə məhkəmə qətnaməsinin icrası üçün ayri-ayrılıqda məcburi iş buraxmaya görə tələbkar X6 882 (səkkiz yüz səksən iki) manat 70 (yetmiş) qəpik və məzuniyyət pulu kimi 490 (dörd yüz doxsan) manat 63 (altmış üç) qəpik ödəmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 8(105)-14/2016 saylı qərardadında bu barədə müvafiq qeyd də vardır. (9172+4521.21+882.70+490.63=15066.54 / 150xx.xx-8695.89=6370.65) Göründüyü kimi həmin icra sənədi üzrə X6 Cavabdeh tərəfindən 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik artıq pul və əmlak ödənilmişdir. Xahiş edir ki, Cavabdeh iddiaçı “Dəvəçi- Sərnişin» ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin sədri X5 iddianı müdafiə edərək, məhkəmədə İddiaçı ASC-nin iddiasının təmin edilməsini və Cavabdeh iddiaçı “Dəvəçi- Sərnişin» ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi və vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X13 məhkəmə iclasında İddiaçı ASC-nin iddia ərizəsinin və iddia ərizəsinə dəqiqləşmənin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və məhkəmədən Cavabdehndən iddiaçı “Dəvəçi-Sərnişin» ASC-nin xeyrinə sonuncuya vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyanın kompensasiya olaraq tutulması barədə qətnamə çıxarılmasını xahişı etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh rəisi X12 iddianın qəbul etməyərək, iddianın əsassız olduğunu göstərmiş və məhkəmədən İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh icra üzrə böyük icra məmuru X14 məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh tərəfindən müvafiq məhkəmə qətnamələri icra edilərkən İddiaçı ASC-yə hərhansı bir zərər dəyməmişdir və bu səbəbdən də İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə etirazı məhkəməyə təqdim edərək, Cavabdeh qətnamələri düzgün icra etdiklərini bildirmiş və İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair əsassız iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ASC-nin səhmdarlarının növbədən kənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarına əsasən X5 İddiaçı ASC-nin sədri seçilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən İddiaçı ASC üzrə X4 İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmri ləğv edilməsi, iddiaçı X4 İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(105)-662/2014 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. - Şabran Rayon Məhkəməsinin 8(031)-1/2016 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Cavabdeh təqdimatı təmin edilmiş və İddiaçı ASC-yə məxsus 02 (iki) koridordan ibarət 01 (bir) inzibati bina, 04 (dörd) ədəd maşın təmiri sexi, 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni, 02 (iki) ədəd böyük ölçülü kukl və 03 (üç) ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-14/2016 nömrəli işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2016-ci il tarixli qərardadları ləğv edilmişdir. - xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən 400 (dörd) yüz manat dəyərində 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni və 1000 (bir min) manat dəyərində olan 02 (iki) ədəd böyük ölçülü kukl İddiaçı ASCdən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 verilmişdir. - Cavabdeh icra üzrə böyük icra məmuru X14 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərara əsasən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 03 dekabr 2014-cü il tarixdə verilmiş 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə icra sənədi üzrə 6752 (altı min yeddi yüz əlli iki) manat məbləğində ödəniş edildiyi və 12170 (on iki min yüz yetmiş) manat məbləğində borcun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xeyrinə ödəniləcəyi təqdirdə icra sənədi üzrə icraata tərəflərindən xitam veriləcəyi bildirilmişdir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC-yə icra sənədi üzrə 6821 (altı min səkkiz yüz iyirmi bir) manat məbləğində ödəniş etdiyi və icra sənədi üzrə 12101 (on iki min yüz bir) manat 60 (altmış) qəpik borcunun qaldığı bildirilmişdir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə icra sənədi üzrə 12170 (on iki min yüz yetmiş) manat məbləğində borcun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xeyrinə ödənilmədiyi üçün tərəflərindən borcun silinməsinin mümkün olmadığı bildirilmişdir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə icra sənədi üzrə borclarının olduğundan icra sənədi üzrə borcun silinməsinin mümkün olmadığı bildirilmişdir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə icra sənədi üzrə tələbin məhkəmənin müvafiq qərarı ilə üzərilərinə həbs qoyulmuş əmlaka yönəldiyi və bu səbəbdən də həmin əmlakların onlara geri qaytarılmasının mümkün olmadığı bildirmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 175 (bir yüz yetmiş beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 75 (yetmiş beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 300 (üç yüz yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 05 (beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 50 (əlli) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 295 (iki yüz doxsan beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 510 (beş yüz on) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 237 (iki yüz otuz yeddi) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 140 (bir yüz qırx) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 40 (qırx) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 07 (yeddi) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 13 (on üç) manat məbləğində ödəniş etmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ilə İddiaçı ASC-nin Cavabdehnə qarşı “Cavabdeh İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardadına əsasən İddiaçı ASC-nin Cavabdehnə qarşı “Cavabdeh İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. - 29323 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləği 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik (7262,5 (əmək haqqı) +1439,39 (məzuniyyət ilə bağlı kompensasiya)) müəyyən edilmişdir. - Şabran Rayon Məhkəməsinin hazır ki 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 (on dörd) faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 (iyirmi iki) faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. - Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə Cavabdehndə xx.xx.2014-cü il tarixdə icraata başlanılmış, icra sənədi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xeyrinə xx.xx.2018-ci il tarixə kimi İddiaçı ASC-dən ümumilikdə 9172 (doqquz min yetmiş iki) manat məbləğində pul vəsaiti tutulmuş və icra sənədi üzrə icraata xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 8(031)-69/2018 saylı qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2018 tarixdə qəbul edilmiş qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə İddiaçı ASC-nin borcu yenidən hesablanaraq 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik təşkil etmişdir və İddiaçı ASC-dən inkassa sərəncamı və əmlaklarının hesabına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 xeyrinə 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulduqdan sonra Cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə etirazdan görünür ki, o, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin rədd edilməsini və işə baxılmamasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 etirazını onunla əsaslandırmışdır ki, onun gəldiyi qənaətə görə Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədini düzgün icra edib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə etiraza əlavə edilmiş: - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-226/2019 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-7/2019 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. - Siyəzən Rayon Məhkəməsinin 2(059)-9/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, iddiaçı X10 Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1938/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnamədən görünür ki, üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı” əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-143/2021 nömrəli işi üzrə xx.xx.2021-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-32/2021 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2021-cı il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh 13998/2019 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı ASC Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 12170 (on iki min bir yüz yetmiş) manat məbləğində ödənilməmiş borcu qalmışdır. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)-1/2023 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadı ləğv edilmiş və İddiaçı ASC-nin sədri X5 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: İ. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; İİ. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; İİİ. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ödənilməli olsa da, Cavabdeh 208590/17-29 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixli məktubunda da qeyd etdiyi kimi, ümumilikdə 13693 (on üç min altı yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaitini (xx.xx.2018-ci il tarixə kimi 9172 (doqquz min yetmiş iki) manat + 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik) İddiaçı ASC-dən alaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ödəmişdir. Bu səbəbdən də İddiaçı ASC-nin Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdehndən vurulmuş zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində (13693,21-8695,89=4997,32) pul vəsaiti tutularaq olaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-285/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-285/2023
28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver