Məhkəmə qərarları › İş №2(031)-307/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-307/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-307/2025 29.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7300 manat pulun və ödənilmiş 95 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran şəhər sakini X8 2021-ci ildə lizinq şirkətində lizinq yolu ilə kreditdə olan “Xəzər” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobili 500 manat verib qalan pulu da ayda 397 manat verməklə 32 aya bağlayacağı şərti ilə razılaşmışdır. O, əlil olduğu üçün avtomobil X3 adında qalmışdır. 2023-cü ilin oktyabr ayında avtomobili Cavabdeh 9000 manata satmişdır. Cavabdeh avtomobilin pulundan ona hazırda 7300 manat borclu qalmışdır. O, bu barədə Şabran Rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, o, sözügedən avtomobilin vəziyyəti və qiyməti barədə Balabək və Araz danışmışdır və ona avtomobil üçün 26 aya aylıq 400 manat, cəmi 10400 manat ödəniş ödənilməli olduğu, avtomobilin lizinq şirkətinə 6 ay ödənilməmiş kredit borcunun qaldığı, 6 ayın pulunun aylıq 400 manatdan lizinq şirkətinə ödənilməli olduğu, qalan 20 ayın pulunun isə aylıq 400 manat olmaqla Balabəkə ödənilməli olduğu bildirilmişdir. Bundan əlavə avtomobilin təmir xərcinin ödəniləcək puldan çıxılacağı bildirilmişdir. Onlar avtomobilin alğı-satqısı barədə göstərilən şərtlər daxilində razılaşandan sonra Balabək və Araz ilkin olaraq 1520 manat ödənilməsini bildirmişdir. 5 dekabr 2023-cü il tarixdə Balabəyə avtomobilin pulundan 1520 manat pul vermişdir. Nəhayət 6 dekabr 2023-cü il tarixdə X6 ilə birlikdə lizinq şirkətinə getmiş və "xxxx" MMC tərəfindən oğlunun adına “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2023-cü il tarixli etibarnamə verilmişdir. Təxminən 1 ay keçəndən sonra həmin avtomobil idarə edilərkən yol polis əməkdaşları tərəfindən saxlanılmlış, avtomobilin cərimə borcunun olduğu, idarə ediləcəyi təqdirdə cərimə meydançasına aparılacağı bildirilmişdir. Cərimələr barədə Balabəyə bildirmiş və Balabək cərimələri həll edəcəyini demiş və ona avtomobilin pulunu ödəməkdə davam etməsini, yoxsa şirkətin avtomobili geri ala biləcəyini bildirmişdir. O, Balabəyin təqsiri ucbatından aylıq ödənişləri gecikdirdiyinə görə şirkət tərəfindən ondan gecikməyə görə əlavə olaraq xx.xx.2024-cü il tarixdə 536 manat cərimə ödənişi alınmışdır. "xxxx" MMC-yə 6 aylıq ödənişləri ödədikdən sonra avtomobili öz adına keçirtməsi üçün yaxınlaşmış, bu zaman şirkət ona avtomobili əldə edəndən sonra avomobilin 6 aylıq deyil 9 aylıq ödənişinin qaldığı bildirilmişdir. Bu barədə nə Balabək tərəfindən, nə də şirkət tərəfindən ona məlumat verilməmişdir. O, Balabəkdən bu barədə soruşduqda, Balabək yoluna qoyacağını bildirmişdir. O, məcbur qalıb 3 ayın ödənişini də özü həyata keçirmiş və 9 ayın ödənişi 3600 manat təşkil etmişdir. 8 avqust 2024-cü il tarixdə AL-2588 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan, 10 sentyabr 2024-cü il tarixində "xxxx" MMC tərəfindən “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmçinin şirkət tərəfindən ona avtomobilin üzərində olan 2800 manat cərimə borclarını ödədikdən sonra sənə təmizlik kağızının veriləcəyi bildirilmişdir. 29 sentyabr 2024-cü il tarixdə o, Balabəyə avtomobilin pulundan 200 manat nağd qaydada ödəniş etmiş, daha sonra 3 oktyabr 2024cü il tarixdə Balabəyə kart vasitəsi ilə 500 manat ödəniş etmişdir. Balabəyə avtomobilə görə 1520, 200 və 500 manat olmaqla, ümumilikdə 2220 manat ödəniş etmişdir. Balabəyin təqsiri ucbatından şirkət tərəfindən ondan gecikməyə görə alınmış 536 manat cərimə pulu, Balabəklə aralarında olan razılığa əsasən avtomobilin təmirinə çəkdiyi 2280 manat xərc (1140 manata avtomobilin karobkasının dəyişdirilməsi, 300 manat usta pulu, 4 ədəd təkər balans etdirməklə birlikdə 340 manat, 100 manat yeni akkumulyatorun alınması, 4 ədəd amortizator usta pulu ilə birlikdə 400 manat), avtomobili əldə etdiyi tarixədək avtomobilin üzərində olan 2800 manat cərimələr, "xxxx" MMC-yə ödədiyi əlavə 3 aylıq 1200 manat pul da Balabəyin ondan tələb etdiyi puldan çıxılmalıdır. İddiaçı ona qüsurlu mal satmışdır. Balabəyin ondan pul tələb etmək hüququ belə yoxdur. Çünki o, avtomobilin mülkiyyətçisi belə deyildir. İddianın əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid iddianın doğruluğuna şahidlik etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahidin izahatı iş üzrə sübut kimi qiymətləndirilməməlidir. Belə ki, həmin şahidin izahatı qeyri-dəqiq olmuş, tərəfindən konkret hadisələr üzrə ardıcıl və məntiqli məlumat verilməmişdir. Bundan əlavə izahatında ziddiyyətli fikirlərə yol vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon İHB-nin 20 oktyabr 2020-ci il tarixli, 64 nömrəli sərəncamından görünür ki, İddiaçı ikinci qrup əlil olması, daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı olmasına görə ona qulluq olunması, hüquqlarının həyata keçirilməsi və müdafiə edilməsi məqsədilə onun üzərinə xx.xx.1955-ci il təvəllüdlü anası X7 patron (köməkçi) təyin edilmişdir. İş materiallarında olan Şabran Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis mayoru X13 cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh izahatında avtomobilin cəriməsini ödəcəyi halda Balabəyə 5500 manat pul borclu qaldığını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı müddətsiz ümumi xəstəlikdən ikinci qrup əlildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 95 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AD seriyalı, 860459 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2588 nömrəli daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyəti Cavabdeh verilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək etibarlıdır. İş materiallarınad olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 1075 nömrəli məktubdan görünür ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AL-2588 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixdə AL-2588 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlik tam icra olunmuşdur. xx.xx.2024-cü il tarixədək avtomobil Cavabdeh özgəninkiləşdirilməsinə icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü l tarixdə 715 manat, xx.xx.2024-cü il tarixdə 397 manat, xx.xx.2024-cü il tarixdə 390 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 397 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 417 manat ödənilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokollara dair SMS-lərin surətindən görünür ki, EQ seriyalı, 18156238 nömrəli protokola əsasən 16 manat, EQ seriyalı, 18327459 nömrəli protokola əsasən 180 manat, EQ seriyalı, 18029787 nömrəli protokola əsasən 64 manat, EQ seriyalı, 18327452 nömrəli protokola əsasən 270 manat, EQ seriyalı, 18029788 nömrəli protokola əsasən 80 manat, EQ seriyalı, 18328242 nömrəli protokola əsasən 9 manat, EQ seriyalı, 18327460 nömrəli protokola əsasən 270 manat, EQ seriyalı, 18156236 nömrəli protokola əsasən 16 manat, EQ seriyalı, 18029786 nömrəli protokola əsasən 16 manat, EQ seriyalı, 17160263 nömrəli protokola əsasən 180 manat, EQ seriyalı, 17160262 nömrəli protokola əsasən 45 manat, EQ seriyalı, 17160266 nömrəli protokola əsasən 180 manat, İXP seriyalı, ******* nömrəli protokola əsasən 64 manat, İXP seriyalı, ******* nömrəli protokola əsasən 500 manat məbləğində inzibati cərimə **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əsasən tətbiq edilmiş və İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli protokol 529.3-cü maddə ilə nəzərdə tutulan inzibati xəta törədildiyinə görə **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əsasən tərtib olunmuşdur. İş materiallarında olan X5 tərəfindən verilən ərizədən görünür ki, “Xəzər” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adına olsa da, faktiki olaraq İddiaçı istifadəsində və sərəncamında olmuş, ilkin ödənişləri Balabək etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı “Xəzər” markalı **-PH-*** qeydiyyat nişanlı avtomobili lizinqə götürməsə də, faktiki əmlaka sahiblik etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.1, 164, 165 və 1096.1-ci maddələrinə əsasən, hər bir şəxs pozulmuş mülki hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə təqdim olunmuş sübutlar, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vüsal Hüseynovun cinayət təqibinin başlanmasını rədd edilməsi barədə qərarda əks olunmuş izahatından və Şabran Rayon Məhkəməsinə ünvanladığı 29 may 2025-ci il tarixli ərizəsindən aydın olur ki, mübahisəyə səbəb olan nəqliyyat vasitəsi üçün ödənişlər məhz İddiaçı tərəfindən edilmişdir. Tərəflər arasında yaranmış münasibətlər, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin bu barədə HK-1/1289 nömrəli material üzrə verdiyi izahatı və Şabran Rayon Məhkəməsinə ünvanladığı ərizəsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh pul vəsaitini tələb etməsi üçün subyektiv hüququ vardır. Odur ki, məhkəmə İddiaçı subyektiv hüququnu tanıyır və onun iddiasının mahiyyəti üzrə araşdırılmasını mümkün hesab edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi X1 ərizəsinə əsasən sözügedən nəqliyyat vasitəsinə faktiki sahibliyi İddiaçı həyata keçirmişdir. Bu səbəbdən qanunvericiliyə əsasən İddiaçı sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozularsa, pozucudan, hazırki iş üzrə Cavabdeh pozuntulara son qoymağı tələb etmək və pozuntuların davam edəcəyindən ehtiyat olunduqda onlara son qoyulması üçün iddia vermək hüququ vardır. Bundan əlavə iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh izahatında avtomobilin cəriməsini ödəcəyi halda Balabəyə 5500 manat pul borclu qaldığını etiraf etmişdir. Qanunvericiliyə əsasən cavabdeh tərəfindən iddia etiraf edildiyinə, bu, məhkəmə tərəfindən təsdiq edildiyinə və məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarmalı olduğuna görə iş üzrə təqdim edilmiş sübutlar nəzərə alınaraq iddia qismən təmin edilməli, Cavabdeh 5500 manat məbləğində pul tutularaq İddiaçı verilməli və iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 71 (yetmiş bir) manat 25 (iyirmi beş) qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tələbi üzrə ödənilmiş 23 (iyirmi üç) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar