Məhkəmə qərarları › İş №2(031)-308/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-308/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-308/2024 03.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X18 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdeh Yunis oğlundan hər uşaq üçün ayda 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh Yunis oğlu ilə 2006-cı ildə ailə qurmuşdur. Həmin nikahımızı 2010-cu ildə rəsmiləşdirmişik. Bu nikahdan xx.xx.2007ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan ailə problemləri, fikir uyğunsuzluqlarına görə cavabdehlə aralarında bağlanmıq nikahları Şabran Rayon Məhkəməsinin 2(031)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə görə cavabdehdən hər uşaq üçün ayda 125 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda övladlarının hər üçü məktəblidir, böyük qızı ali məktəbə hazırlaşır, buna görə də uşaqlarının xərclərini tək başına və aldığı alimentlə ödəyə bilmir. Övladının xərclərini ödəməkdə əziyyət çəkir. Buna görə də, Şabran Rayon Məhkəməsinə sabit aliment miqdarının artırılması üçün müraciət edir. Hesab edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdeh Yunis oğlundan hər uşaq üçün ayda 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, uşaqlar böyüyüblər, cavabdehin verdiyi aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Birgə yaşadıqları müddətdə təsərrüfatları olmuş, həmin təsərrüfatda bir baş inək və balası olmuşdur. Ayrıldıqdan sonra cavabdeh inəyin balasını verməmişdir. Birgə yaşadıqları müddətdə 2012-ci ildə ev almışlar, həmin ev də cavabdehə qalmışdır, ona görə iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması məqsədi ilə hər uşaq üçün 125 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi aliment məbləği onun əmək haqqısından tutulur. Hər ay əmək haqqısından 375 manat məbləğində aliment tutulur, cəmi 74 manat əmək haqqı kartına onun üçün pul köçür. Birgə yaşadıqları müddətdə təsərrüfatlarında bir baş inək və balası olmuşdur, həmin inəyi ayrıldıqdan sonra iddiaçıya vermiş, inəyin balasını isə satıb birgə nikah dövründə aldıqları kredit borcunu ödəmişdir. Öz evləri olmağına baxmayaraq, özü Siyəzən rayonunda ata evində yaşayır. O, iddiaçıya təklif etmişdir ki, gəlib evdə yaşasınlar, lakin gəlib yaşamamışlar. Onun iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Səidə, xx.xx.2008-ci ildə Aidə və xx.xx.2013-cü ildə Ömər adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 407253 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikaha xx.xx.2022-ci ildə xitam verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən hal-hazırki tarixədək Məhsul tanıtımı marketinq şöbəsi 3-cü məhsul tanıtımı bölməsində (Şabran) Məhsul məsləhətçisi vəzifəsində işləyir. Onun aylıq əmək haqqısı 345 manat təşkil edir. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ailə tərkibi uşaqları – X6, X9 və X3 ibarətdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)- 55/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 ilə Cavabdeh arasında 17 iyun 2010-cu il tarixdə Siyəzən rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmiş nikah pozulmuş,. boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X12 iddiaçı X5 yanında saxlanılması, Şabran rayon məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahlarından xx.xx.2007-ci ildə Səidə, xx.xx.2008-ci ildə Aidə və xx.xx.2013-cü ildə Ömər adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(031)-55/2022 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Şaban Rayon Məhkəməsinin 2(031)-55/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 180 (yüz səksən) manat olmaqla, ümumilikdı 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödəniməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Şaban Rayon Məhkəməsinin 2(031)-55/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 180 (yüz səksən) manat olmaqla, ümumilikdı 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar