Məhkəmə qərarları › İş №2(031)-317/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-317/2020

12.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-317/2020 12.05.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxxxx 2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək ondan xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini müdafiə edərək Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikahla ailə həyatı qurduğunu, onunla birgə nikahdan xx xxxxxxxx 2013-cü il tarixdə övladları X5 anadan olduğunu, Şabran Rayon Məhkəməsinin 2(031)-12/2016 nömrəli işi üzrə qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnaməyə əsasən Cavabdeh boşandığını və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən Cavabdeh xx xxxxxx 2016-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməli olduğunun qət edildiyini göstərmiş və alimentin məbləğinin təyin olunduğu vaxt Cavabdeh “Sinan” X1 işlədiyini və aylıq qazancının 450 (dörd yüz əlli) manat təşkil etdiyini, hazırda isə həmin müəssisədə işləyən Cavabdeh hər ay 3113 (üç min on üç) manat məbləğində əməkhaqqı aldığını, Cavabdeh maddi vəziyyətində dəyişiklik olduğunu və təyin edilmiş alimentin uşağının saxlanılmasına çatmadığını nəzərə alaraq Cavabdeh xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X11 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək iddia tələbini qəbul etməyərək, iddiaçı Cavabdeh 3113 (üç min on üç) manat məbləğində olan aylıq əmək haqqısının stabil olmadığını, hazırda Şabran Rayon Məhkəməsinin 2(031)-958/2019 nömrəli işi üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş qətnaməyə əsasən X6 hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment ödədiyini, lakin xx xxxxxxxx 2013-cü il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəməyə hazır olduğunu və maddi vəziyyətinin buna imkan verdiyini bildirərək, İddiaçı Cavabdeh qarşı qaldırdığı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddianın rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, xx xxxxxxxx 2013-cü il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə T.Muradov əlavə olaraq bildirdi ki, İddiaçı aylıq əmək haqqının məbləği 2000 manatdan çoxdur. 70 000 manat kreditə pul götürüb 4 otaqlı ev almışdır. Dövlətimizin humanist qanunları vardır. Lakin həmin qanunlardan sui-istifadə etmək yolverilməzdir. İddiaçı aliment almaq yolu ilə kredit borcunu ödəmək istəyir. Uşağı saxlamaq hər iki valideynin borcudur. İddiaçı yüksək qazancının olması uşağına da şamil edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxxxx 2013-cü il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməlidir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-958/2019 nömrəli işi üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş qətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment alınaraq hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 (üç) il ərzində X6 ödənilməlidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 000944 nömrəli doğum haqqında şəhadətnamənin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxxxx 2013-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2013-cü il tarixdə 695 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan «X10» LLC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixindən «X10» MMC-də Proqram təchizatı departamentinin Logistika şöbəsində Proqram təminatı üzrə məsləhətçi vəzifəsində işləyir. Əmək müqaviləsinə əsasən , onun aylıq vəzifə maaşı, vergilər daxil olmaqla, 1500.00 AZN təşkil edir. İş materiallarında olan X2 çıxarılmış xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı aylıq əmək haqqının məbləği 2300 manatdır. İş materiallarına əlavə edilmiş «xxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı 300 ay müddətinə aylıq ödəniş 494.75 manat olmaqla 70 000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş X12 Zefira Muradzadəyə aid xx xxxxxx 2019-cu il tarixli hamiləliyin birinci yarısında dölün ultrasəs müayinə protokolundan görünür ki, Z.Məmmədova 12 həftəlik hamilədir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə Ailə məcəlləsinin 78.1-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsası müəyyən edilmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə qeyd olunanları və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən aylıq qazancının (gəlirinin) qeyri-müntəzəm olmasını, hazırda Şabran Rayon Məhkəməsinin 2(031)-958/2019 nömrəli işi üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş qətnaməyə əsasən X6 hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment ödədiyini, hazırki maddi vəziyyətinin xx xxxxxxxx 2013-cü il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəməyə imkan verdiyini, ilk iddia üzrə iddiaçının də aylıq əmək haqqının 2300 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia rədd edilməli və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1125/2016 nömrəli işi üzrə xx xxx 2016-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar