Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-324/2021 04.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Cavabdehdən ona borc olaraq verdiyi 9000 manat pulun tələbi barədə mülki işə 04 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh X1 borc olaraq verdiyi 9000 (doqquz min) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 20 fevral 2020ci il tarixdə sadə yazılı qaydada müqavilə bağlayıb ona borc olaraq 9000 manat pul vermişdir. Cavabdeh pulu aldıqdan sonra sadə yazılı formada qəbz yazmışdır. O, pulu üç ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də məhkəmə müraciət etmişdir. Xahiş edir, cavabdeh X1 borc olaraq verdiyi 9000 (doqquz min) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Cavabdeh onun oğludur. Oğlu Mərdan bir il beş aydan artıq müddətdir ki, evə gəlmir. Onların ünvanına məhkəmədən bildiriş gəldikdən sonra, oğlu Mərdanla 10-15 dəqiqə telefon əlaqəsi yaratmışdır. Oğlu ona bildirmişdir ki, həqiqətən də Vüqardan həmin pulu götürmüşdür. Lakin həmin pulu başqa adam üçün götürmüşdür. Pul götürdüyü adamın atası xəstə olmuşdur. Pulu alıb verdiyi adam isə şəhid olmuşdur. Oğlunun dediyinə görə şəhid olan oğlanın atası həmin pulu geri qaytarmışdır. Oğlu ora gedəndən sonra çoxlu sayda telefon nömrəsi dəyişmişdir. İşə əlavə edilmiş Ağbaş rayon İHB-nın Qaradağlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 27 fevral 2021-ci il tarixli 329 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda Ağdam rayon İHB-nın Qaradağlı kənd inzibati ərazi idarəsinin Evoğlu kəndində daimi qeydiyyatdadır və yaşayır. İşə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1995-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu Ağbaş kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Cavabdeh oğlu tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh oğlundan borc olaraq adlığı 9000 manatı qeyri şərtsiz 3 ay ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 20 fevral 2020-ci il tarixdə 9000 manat borca pul almış, həmin pulu üç ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş, cavabdeh bu vaxta kimi borcunu iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehdən pulunu tələb edir. Bu barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1., 739.2. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740. maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252,253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-324/2021
Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-324/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver